“Azərbaycan
Respublikasının Əmək
Məcəlləsinə dəyişikliklər
və əlavələr
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2009-cu il 24 fevral tarixli 771-IIIQD nömrəli
Qanununun tətbiqi ilə bağlı Azərbaycan Respublikası
Prezidentinin bəzi fərmanlarına dəyişikliklər
edilməsi barədə
“Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər
və əlavələr edilməsi haqqında” Azərbaycan
Respublikasının 2009-cu il 24 fevral tarixli 771-IIIQD nömrəli
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 266 nömrəli
Sərəncamının icrasını təmin etmək məqsədi
ilə qərara alıram:
1. “Azərbaycan
Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi,
qüvvəyə minməsi və bununla bağlı hüquqi
tənzimləmə məsələləri haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 4, maddə 231; 2000-ci il, ¹ 3, I
kitab, maddə 159; 2008-ci il, ¹ 7, maddə 611, ¹ 8, maddə 719, ¹
10, maddə 896; 2009-cu il, ¹ 2, maddə 71) 2-ci bəndinin
üçüncü abzasından “225-ci maddənin 3-cü
hissəsində,” sözləri çıxarılsın.
2. Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 28 iyul tarixli 97 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2004-cü il, ¹ 7, maddə 536) ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının Dövlət
Protokolunun Əsas Qaydaları”nın 1.11-ci bəndində
“bayram və bazar günləri və ya gecə vaxtı”
sözləri “gecə vaxtı, istirahət, səsvermə,
iş günü hesab edilməyən bayram günləri və
ümumxalq hüzn günü” sözləri ilə əvəz
edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2009-cu il.
Azərbaycan.- 2009.- 25 dekabr.- S. 3.