Əmtəə nişanları coğrafi göstəricilər haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin1998-ci il 19 avqust tarixli 749 nömrəli fərmanına əlavə edilməsi haqqında

 

“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 3 aprel tarixli 783-IIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 749 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹8, maddə 499; 2002-ci il, ¹1, maddə 14; 2003-cü il, ¹10, maddə 571; 2006-cı il, ¹9, maddə 743; 2009-cu il, ¹4, maddə 226) 2-ci bəndinə aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:

“həmin Qanunun 26-cı maddəsinin doqquzuncu hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini əmtəənin və ya göstərilən xidmətin xüsusi xassələrə malik olması ilə əlaqədar şərab və kənd təsərrüfatı məhsullarına münasibətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, müalicə-sağlamlaşdırma yerləri və təbii müalicə ehtiyatları ilə əlaqədar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, xalq sənətkarlığı məmulatları ilə əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, əmtəənin hazırlanması və ya xidmətin göstərilməsi üçün ərazinin sərhədlərinin müəyyən edilməsi ilə əlaqədar yerli icra hakimiyyəti orqanları, əmtəə nişanlarının qeydiyyatı ilə əlaqədar Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.”.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2009-cu il.

 

Azərbaycan.- 2009.- 25 dekabr.- S. 3.