Azərbaycan Respublikasının ərazi vahidlərinin inzibati ərazi dairələrinin Dövlət reyestrinin aparılması onlara şəhadətnamənin verilməsi haqqındaƏsasnamənin təsdiq edilməsi barədəAzərbaycan Respublikasının Qanununun tətbiq edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 527 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə

 

“Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 149 nömrəli Fərmanının 1.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

“Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 527 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 2, maddə 93; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 149 nömrəli Fərmanı) adından, preambulasından, 1.1-ci, 1.3-cü və 2.1-ci bəndlərindən “və inzibati ərazi dairələrinin” sözləri çıxarılsın.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2009-cu il.

 

Azərbaycan.- 2009.- 25 dekabr.- S. 3.