2009-cu il
sentyabrın 16-da Seul şəhərində imzalanmış
“Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi və Koreya Respublikasının Ətraf Mühit Sənayesi və Texnologiyalar İnstitutu arasında Azərbaycanda Ətraf Mühitin İdarə Edilməsi üzrə Baş Planın hazırlanmasına
dair Anlaşma Memorandumu”nun təsdiq
edilməsi haqqında
1. 2009-cu il sentyabrın
16-da Seul şəhərində imzalanmış “Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi və Koreya Respublikasının Ətraf Mühit Sənayesi
və Texnologiyalar İnstitutu arasında Azərbaycanda Ətraf
Mühitin İdarə Edilməsi üzrə Baş Planın
hazırlanmasına dair Anlaşma Memorandumu” təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın
1-ci bəndində göstərilən Memorandumun həyata
keçirilməsini təmin etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində
göstərilən Memorandumun qüvvəyə minməsi
üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirilməsi barədə Koreya
Respublikası tərəfini xəbərdar etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
21 dekabr 2009-cu il.
Azərbaycan.- 2009.- 25 dekabr.- S. 4.