Azərbaycan Respublikası
və Qazaxıstan Respublikası arasında
2009-cu il oktyabrın
2-də Bakı şəhərində
imzalanmış sənədlər
haqqında
1. Azərbaycan
Respublikası və Qazaxıstan Respublikası arasında
2009-cu il oktyabrın 2-də Bakı şəhərində
imzalanmış aşağıdakı sənədlər təsdiq
edilsin:
1.1. Azərbaycan
Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası
Hökuməti arasında 1992-1993-cü illər ərzində
(müxbir hesabları üzrə hesablaşmalara keçidə
kimi və ondan sonra) ticarət-iqtisadi münasibətlər nəticəsində
yaranmış borcun ödənilməsi haqqında Saziş;
1.2. Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və
Qazaxıstan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyi arasında kənd təsərrüfatı sahəsində
əməkdaşlıq haqqında Saziş.
2. 2009-cu il oktyabrın
2-də Bakı şəhərində imzalanmış
“Sumqayıt şəhəri (Azərbaycan Respublikası) və
Aktau şəhəri (Qazaxıstan Respublikası) arasında
qardaşlaşmış şəhər münasibətlərinin
yaradılması haqqında Birgə Bəyannamə” nəzərə
alınsın.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə tapşırılsın
ki, bu Sərəncamın 1.1-1.2-ci bəndlərində
göstərilən sənədlərin həyata keçirilməsi
üçün zəruri tədbirlər görsün.
4. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki, bu Sərəncamın 1.1-1.2-ci bəndlərində
göstərilən sənədlərin qüvvəyə minməsi
üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirilməsi barədə
Qazaxıstan Respublikası tərəfini xəbərdar etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2009-cu il.
Azərbaycan.- 2009.- 25 dekabr.- S. 4.