Azərbaycan Respublikası Prezidentinin bəzi sərəncamlarına dəyişikliklər əlavələr edilməsi barədə

 

“Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 iyul tarixli 122 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 may tarixli 920 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹5, maddə 299; 2004-cü il, ¹ 1, maddə 19; 2005-ci il, ¹4, maddə 299) ilə təsdiq edilmiş “Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1368 nömrəli 2001-ci il 12 sentyabr tarixli, 1373 nömrəli 2001-ci il 28 sentyabr tarixli və 1377 nömrəli 2001-ci il 12 noyabr tarixli qətnamələrinin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər planı”nın 1-ci, 2-ci və 3-cü bəndlərinin “İcraya məsul” sütununda “Milli Bank” sözləri “Mərkəzi Bank, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti” sözləri ilə əvəz edilsin, 5-ci, 7-ci, 8-ci və 9-cu bəndlərinin “İcraya məsul” sütununda “Milli Təhlükəsizlik Nazirliyi” sözlərindən sonra “, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti” sözləri əlavə edilsin, 15-ci bənddə “Milli Bank” sözləri “Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 1373 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹10, maddə 612; 2007-ci il, ¹9, maddə 867, ¹10, maddə 996; 2008-ci il, ¹8, maddə 717, ¹9, maddə 797; 2009-cu il, ¹2, maddə 78; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 iyul tarixli 403 nömrəli Sərəncamı) ilə təsdiq edilmişAzərbaycan Hava YollarıQapalı Səhmdar CəmiyyətininHeydər ƏliyevBeynəlxalq Aeroportunda, Gəncə, Naxçıvan beynəlxalq hava limanlarında Yevlax hava limanında Rəsmi nümayəndə heyətləri (VİP) salonunun xidmətlərindən istifadə hüququ olan vəzifəli şəxslərin Siyahısının onuncu abzasındaMilli Bankın İdarə Heyətinin sədrisözləriAzərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin direktorusözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 1880 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹12, maddə 1138; 2008-ci il, ¹1, maddə 9, ¹3, maddə 168) ilə təsdiq edilmişAzərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın 23-cü bəndininİcra orqanlarısütunundaMilli Bank” sözləriMərkəzi Bank, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətisözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 1 fevral tarixli 1925 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹2, maddə 106) ilə təsdiq edilmişAzərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 1.14-cü bəndininTədbirlərin adısütunundaQeyri-qanuni yolla əldə edilmiş pul vəsaitininsözləriCinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin ya digər əmlakınsözləri ilə, “İcraçı orqanlarsütununda “MB” abreviaturası “MBMMX” abreviaturası ilə, “Akronimlərhissəsində “MB-Azərbaycan Respublikasının Milli Bankısözləri “MBMMX-Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətisözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyun tarixli 2271 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹6, maddə 684) ilə təsdiq edilmişNarkotik vasitələrin, psixotrop maddələrin onların prekursorlarının qanunsuz dövriyyəsi narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007-2012-ci illər)” çərçivəsində həyata keçiriləcək tədbirlər”in 2.7-ci bəndininTədbirin adısütunundaçirkli pulların yuyulmasınınsözləripul vəsaitlərinin ya digər əmlakın leqallaşdırılmasınınsözləri ilə əvəz edilsin, “İcraçı orqanlarsütununaMilli Təhlükəsizlik Nazirliyisözlərindən əvvəlMərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti,” sözləri əlavə edilsin, “Milli Bank” sözləriMərkəzi Bank” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹7, maddə 728) ilə təsdiq edilmişŞəffaflığın artırılması korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”ya aşağıdakı dəyişikliklər əlavə edilsin:

6.1. III bölmənin 1-ci bəndinin ikinci hissəsindəçirkli pulların yuyulmasınınsözləricinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin ya digər əmlakın leqallaşdırılmasınınsözləri ilə əvəz edilsin;

6.2. “Şəffaflığın artırılması korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı (2007-2011-ci illər)”nın 43-cü 44-cü bəndlərinin:

6.2.1. Tədbirin adısütunundaQeyri-qanuni fəaliyyətdənsözləriCinayət yolu iləsözləri ilə, “Terrorçuluğun maliyyələşdirilməsi çirkli pulların yuyulmasınınsözləriCinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin ya digər əmlakın leqallaşdırılmasının terrorçuluğun maliyyələşdirilməsininsözləri ilə əvəz edilsin;

6.2.2. Görüləcək işlər gözlənilən nəticələrsütunundaçirkli pulların yuyulmasınasözləricinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin ya digər əmlakın leqallaşdırılmasınasözləri ilə əvəz edilsin;

6.2.3. “İcrasına məsul orqansütununaNazirlər Kabinetisözlərindən sonra “, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətisözləri əlavə edilsin.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2009-cu il.

 

Azərbaycan.- 2009.- 25 dekabr.- S. 4.