Yeni televiziya kanalının açılışı olmuşdur

 

Dekabrın 24-də "Azad Azərbaycan İnternational" televiziya kanalının rəsmi açılış mərasimi keçirilmişdir.

Kanalın açılışında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, deputatlar və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Mərasimdə çıxış edən Əli Həsənov "Azad Azərbaycan İnternational" televiziya kanalının fəaliyyətə başlamasını əhəmiyyətli hadisə kimi dəyərləndirmiş və kanalın kollektivinə yaradıcılıq uğurları arzulamışdır.

Telekanalın binası ilə tanış olan qonaqlara məlumat verilmişdir ki, efir məkanını daha da zənginləşdirmək, yeni proqram və filmlər istehsal etmək üçün kanal lazımi maddi-texniki imkanlarla təchiz edilmişdir. Burada ixtisaslı kadrlar çalışacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 25 dekabr.- S. 5.