Azərbaycan Respublikasının
İqtisadi İnkişaf
Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların
Hüquqlarının Müdafiəsi
Dövlət Xidmətinin
fəaliyyətinin
təmin edilməsi haqqında
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:
1. "Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
2.1. iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. iki ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. üç
ay müddətində Azərbaycan
Respublikasının İqtisadi
İnkişaf Nazirliyi
ilə birlikdə istehlakçıların hüquqlarının
müdafiəsini və
ticarət, ictimai iaşə, məişət
və digər növ xidmət qaydalarını tənzimləyən
qanunvericiliyin təkmilləşdirilməsi
haqqında təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin.
3. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, istehlakçıların hüquqlarının müdafiəsi sahəsində səlahiyyətləri daxilində gördükləri işlər, həyata keçirdikləri yoxlama, monitorinq və digər nəzarət tədbirləri haqqında məlumatları ildə bir dəfə - hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin yanvar ayının 31-dək Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə təqdim etsinlər.
4. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi bu fərmanın 3-cü bəndinə uyğun olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən təqdim olunan məlumatları ümumiləşdirib ölkədə istehlakçıların hüquqlarının müdafiəsi vəziyyəti haqqında hesabatı ildə bir dəfə - hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin mart ayının 31-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi bu fərmandan irəli gələn digər məsələləri həll etsinlər.
6. "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12, maddə 1051; 2008-ci il,
¹ 4, maddə 255, ¹ 11, maddə 970, ¹ 12, maddə 1065) 1-ci, 5-ci və 6-cı bəndləri qüvvədən düşmüş hesab edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
25 dekabr 2009-cu il
Azərbaycan.- 2009.- 27 dekabr.- S. 1.