“Azərbaycan
Respublikasının Cinayət
Məcəlləsinə və
İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər
və əlavələr
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2009-cu il 20 oktyabr tarixli 896-IIIQD nömrəli
Qanununun tətbiq edilməsi barədə
“Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə və
İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər
və əlavələr edilməsi haqqında” Azərbaycan
Respublikasının 2009-cu il 20 oktyabr tarixli 896-IIIQD nömrəli
Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin
Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə
qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, iki ay müddətində:
1.1. qüvvədə
olan qanunvericilik aktlarının “Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə və
İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər
və əlavələr edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması
barədə təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. öz səlahiyyətləri
daxilində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə
və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər
və əlavələr edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
2. “Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29
avqust tarixli 389 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹8, III kitab,
maddə 612; 2001-ci il, ¹7, maddə 462, ¹10, maddə 640, ¹12, maddə
755; 2002-ci il, ¹1, maddə 49, ¹5, maddələr 260, 275, ¹8, maddələr
478, 484, 486; 2003-cü il, ¹6, maddə 299, ¹8, maddə 434, ¹9,
maddə 478, ¹10, maddələr 546, 547, 560, 571, 582; 2004-cü
il, ¹1, maddələr 19, 26, ¹3, maddələr 138, 141, ¹4, maddə
235, ¹5, maddələr 340, 341, 343, 345, 346, ¹8, maddələr
607, 608, ¹11, maddə 909, ¹12, maddə 1005; 2005-ci il, ¹2, maddələr
67, 69, ¹4, maddələr 299, 303, ¹8, maddə 702, ¹9, maddələr
801, 802, ¹12, maddə 1101; 2006-cı il, ¹2, maddə 83, ¹4, maddələr
321, 322, ¹5, maddə 407, ¹7, maddə 590, ¹8, maddələr 662,
663, 674, 675, 679, ¹9, maddə 743, ¹11, maddələr 942, 945;
2007-ci il, ¹1, maddə 11, ¹2, maddə 87, ¹3, maddə 230, ¹7, maddə
715, ¹8, maddələr 767, 769, ¹11, maddələr 1110, 1116, 1120,
¹12, maddə 1227; 2008-ci il, ¹1, maddə 7, ¹3, maddə 186, ¹6,
maddələr 504, 507, ¹7, maddə 617, ¹8, maddə 713, ¹9, maddə
798, ¹10, maddə 894, ¹11, maddələr 969, 971, 980, ¹12, maddələr
1060, 1061, 1062, 1065; 2009-cu il, ¹3, maddə 163; 2009-cu il, ¹4, maddə
226, ¹5, maddə 330; ¹7, maddələr 532, 535, 539, 540, 542)
2.15-ci bəndinə “76-1.0.1-ci,” rəqəmindən sonra
“92.3.4-cü,” rəqəmi əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2009-cu il.
Azərbaycan.- 2009.- 27 dekabr.- S.3.