"Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının
Qanununa əlavələr
edilməsi barədə
Azərbaycan Respublikasının
Milli Məclisi qərara alır:
"Rəsmi
statistika haqqında"
Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il,
¹11, maddə 115; Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000-ci il, ¹7, maddə 486; 2002-ci il, ¹12, maddə 706; 2003-cü il,
¹1, maddə 4; 2004-cü il,
¹2, maddə 57, ¹4, maddə
202, ¹7, maddə 507; 2006-cı il, ¹2, maddə 63, ¹12, maddə 1005; 2007-ci il, ¹5, maddə 437; 2008-ci il, ¹2, maddə 49) aşağıdakı
əlavələr edilsin:
1. Qanunun
preambulasının birinci
hissəsində "təşkilati-hüquqi
formasından asılı
olmayaraq hüquqi şəxslərə" sözlərindən
sonra "(onların nümayəndəlik və
filiallarına)" sözləri
əlavə edilsin.
2. 1-ci maddənin
beşinci abzasında
"hüquqi" sözündən
sonra "şəxslərdir
(onların nümayəndəlik
və filiallarıdır)"
sözləri əlavə
edilsin.
3. 7-ci maddənin
1-ci bəndində "təşkilati-hüquqi
formasından asılı
olmayaraq hüquqi şəxslərdən" sözlərindən
sonra "(onların nümayəndəlik və
filiallarından)" sözləri
əlavə edilsin.
4. 11-ci maddə
üzrə:
4.1. dördüncü
hissədə "hüquqi"
sözündən sonra
"şəxslər (onların
nümayəndəlik və
filialları)" sözləri
və "ödənilmədən"
sözündən sonra
"kağız və
ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında"
sözləri əlavə
edilsin:
4.2. aşağıdakı məzmunda
yeddinci hissə əlavə edilsin:
"Dövlət
(region) müşahidələrinin aparılması üçün
lazım olan məlumatların elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada həyata keçirilir.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
27 oktyabr 2009-cu il
Azərbaycan.- 2009.- 27 dekabr.- S. 1.