Azərbaycan
Respublikası dövlət sərhədinin
buraxılış məntəqələrindən
keçirilən malların və nəqliyyat vasitələrinin
yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi
ilə əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına əlavələr və dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I. "Sanitariya-epidemioloji
salamatlıq haqqında" Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı,
1992-ci il, ¹ 22, maddə 947; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 5, maddə 419; 2001-ci il, ¹ 3, maddə
143; 2004-cü il, ¹ 2, maddə 57, ¹ 4, maddə 199; 2007-ci il, ¹11,
maddə 1052) aşağıdakı əlavələr və
dəyişiklik edilsin:
1. 1-ci maddənin 2-ci bəndinin
altıncı abzasında "dövlət və idarə
sanitariya nəzarəti," sözlərindən sonra
"dövlət sərhədinin buraxılış məntəqələrindən
keçirilən mallar üzərində sanitariya nəzarəti,
" sözləri əlavə edilsin;
2. 27-ci maddənin səkkizinci
abzasının əvvəlinə "dövlət sərhədinin
buraxılış məntəqələrində istisna
olmaqla," sözləri əlavə edilsin;
3. aşağıdakı
məzmunda 28-1-ci maddə əlavə edilsin:
"Maddə
28-1. Azərbaycan
Respublikası dövlət sərhədinin
buraxılış məntəqələrində sanitariya nəzarəti
Dövlət sərhədinin
buraxılış məntəqələrində Azərbaycan
Respublikası ərazisinə karantin infeksiyaları gətirilməsindən,
sağlamlıq üçün təhlükəli ərzaq məhsulları
və istehlak əşyalarının keçirilməsindən
sanitariya mühafizəsini təmin etmək məqsədi ilə
sanitariya nəzarətini gömrük orqanları həyata
keçirirlər.";
4. 32-ci maddədə
"29" rəqəmi "28-1" rəqəmi ilə əvəz
edilsin və "uyğun olaraq" sözlərindən sonra
"dövlət sərhədinin buraxılış məntəqələrində
sanitariya nəzarətini," sözləri əlavə
edilsin.
II. Azərbaycan
Respublikasının Gömrük Məcəlləsinə (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 6, maddə
447; 1999-cu il, ¹ 10, maddə 570; 2000-ci il, ¹ 12, maddə 835;
2001-ci il, ¹ 11, maddələr 676, 686, 695, ¹ 12, maddə 736;
2002-ci il, ¹ 1, maddə 4, ¹ 8, maddə 463; 2003-cü il, ¹ 1, maddələr
3, 16, 23; 2004-cü il, ¹ 2, maddə 57, ¹ 3, maddə 133, ¹ 6, maddə
400, ¹ 7, maddə 505; 2005-ci il, ¹ 4, maddə 277, ¹ 10, maddə
876, ¹ 11, maddə 994; 2007-ci il, ¹ 5, maddə 442, ¹ 6, maddə
560, ¹ 10, maddə 938, ¹ 11, maddə 1053; 2008-ci il, ¹ 7, maddə
602; 2009-cu il, ¹ 2, maddə 48) aşağıdakı əlavələr
və dəyişikliklər edilsin:
1. 10-cu maddəyə
aşağıdakı məzmunda 14-2-ci və 14-3-cü bəndlər
əlavə edilsin:
"14-2) qanunvericiliyə
uyğun olaraq Azərbaycan Respublikası dövlət sərhədinin
buraxılış məntəqələrindən keçirilən
mallar üzərində baytarlıq, fitosanitar və sanitariya nəzarətini
həyata keçirirlər;
14-3) beynəlxalq avtomobil
daşımalarını yerinə yetirən xarici ölkələrin
nəqliyyat vasitələrinə sərhəddə
"İcazə" blankları verirlər;";
2. 108-ci maddənin 13-cü bəndi
14-cü bənd hesab edilsin və aşağıdakı məzmunda
13-cü bənd əlavə edilsin:
"13) beynəlxalq
avtomobil daşımalarını yerinə yetirən xarici
ölkələrin nəqliyyat vasitələrinə sərhəddə
"İcazə" blanklarının verilməsinə
görə dövlət rüsumu;";
3. aşağıdakı
məzmunda 111-2-ci maddə əlavə edilsin:
"Maddə
111-2. Beynəlxalq
avtomobil daşımalarını yerinə yetirən nəqliyyat
vasitələrinə sərhəddə "İcazə"
blanklarının verilməsi
Beynəlxalq
avtomobil daşımalarını yerinə yetirən xarici
ölkələrin nəqliyyat vasitələrinə sərhəddə
"İcazə" blankları gömrük orqanları tərəfindən
verilir.
Beynəlxalq avtomobil
daşımalarını yerinə yetirən xarici ölkələrin
nəqliyyat vasitələrindən tutulan rüsumun məbləği
"Dövlət rüsumu haqqında" Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilir.";
4. 118-ci maddənin birinci hissəsinin
birinci cümləsində və ikinci hissəsində "yol
vergisi" sözlərindən sonra ", "İcazə"
blankına görə dövlət rüsumu" sözləri
əlavə edilsin;
5. 128-ci maddədə
"keçirilən" sözü
"keçirilmiş" sözü ilə əvəz
edilsin;
6. 177-ci maddənin birinci hissəsinin
ikinci abzası aşağıdakı redaksiyada verilsin:
"gömrük məqsədləri
üçün lazım olan sənədlərin və məlumatların
yoxlanılması, o cümlədən Azərbaycan
Respublikasının dövlət sərhədinin
buraxılış məntəqələrindən
keçirilən malların baytarlıq, fitosanitar, gigiyenik və
digər sertifikatlarla (şəhadətnamələrlə)
müşayiət olunmasına nəzarət edilməsi;".
III. "Baytarlıq
haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 8, maddə
682; 2007-ci il, ¹ 12, maddə 1218; 2008-ci il, ¹ 2, maddə 49, ¹ 5,
maddə 344) aşağıdakı əlavələr və dəyişikliklər
edilsin:
1. 8.1.4-cü maddədə
"dövriyyəsinə" sözündən sonra
"(dövlət sərhədinin buraxılış məntəqələrində
istisna olmaqla)" sözləri əlavə edilsin;
2. 8.1.5-ci maddədə
"dövlət sərhədində" sözləri
"dövlət sərhədi boyu zolaqda (dövlət sərhədinin
buraxılış məntəqələrində istisna
olmaqla)" sözləri ilə əvəz edilsin;
3. 8.2.6-cı maddədə
"qaydada" sözündən sonra "öz səlahiyyətləri
daxilində" sözləri əlavə edilsin;
4. 8.2.10-cu maddədə
"yüklərin" sözündən sonra "(dövlət
sərhədinin buraxılış məntəqələrində
istisna olmaqla)" sözləri əlavə edilsin;
5. 11.2.3-cü maddədə
"tədbirlərinin" sözündən sonra "öz
səlahiyyətləri daxilində" sözləri əlavə
edilsin;
6. 12.0.9-cu maddənin əvvəlinə
"öz səlahiyyətləri daxilində" sözləri
əlavə edilsin;
7. 13.1.7-ci maddədə
"halları baş verdikdə," sözləri
"hallarının baş verməsi barədə
gömrük orqanlarının bildirişinə əsasən"
sözləri ilə əvəz edilsin;
8. 14-cü maddə üzrə:
8.1. 14.1-ci maddənin birinci
cümləsində "dövlət sərhədində"
sözləri çıxarılsın, "qaydada"
sözündən sonra "(dövlət sərhədinin
buraxılış məntəqələrində istisna
olmaqla)" sözləri əlavə edilsin və ikinci
cümləsi aşağıdakı redaksiyada verilsin:
"Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində baytarlıq nəzarətini həyata keçirən gömrük orqanları öz fəaliyyətini qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət baytarlıq xidməti ilə əlaqələndirirlər.";
8.2. 14.8-ci maddə çıxarılsın;
9. 15-ci maddə üzrə:
9.1. 15.1-ci maddədə "tranziti" sözündən sonra "(dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)" sözləri əlavə edilsin;
9.2. 15.2.3-cü maddədə "digər hallarda" sözlərindən sonra "dövlət baytarlıq müfəttişi tərəfindən" sözləri, "baxışı keçirilməsini" sözlərindən sonra "(dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)" sözləri əlavə edilsin;
9.3. 15.2.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
"15.2.4. baytarlıq nəzarətində olan yükün təhlükəli xəstəliklərdən hər hansı birinə görə xəstə və ya onun törədicisi ilə yoluxmuş olması, habelə beynəlxalq baytarlıq sertifikatının düzgün tərtib edilmədiyi müəyyən edilərsə, gömrük orqanlarının bildirişinə əsasən dövlət baytarlıq müfəttişi baxış keçirərkən yoluxucu xəstəlik diaqnozu təsdiq edildikdə, həmin yükün tranzitinin qadağan edilməsini, həmin heyvanların (heyvan partiyasının) ixrac edən ölkəyə qaytarılması, kəsimi və ya məhv edilməsi haqqında qərar qəbul edilməsini;";
9.4. 15.4-cü maddədə "müddətdə" sözündən sonra "gömrük orqanı tərəfindən" sözləri əlavə edilsin;
10. 39.1.2-ci maddədə "sərhəd baytarlıq" sözləri "sərhədinin buraxılış" sözləri ilə əvəz edilsin;
11. 39.2.3-cü maddədə "(məcburi və dövlət sərhəd baytarlıq məntəqələrində dezinfeksiya, dezinseksiya və deratizasiya istisna olunmaqla)" sözləri "(məcburi dezinfeksiya, dezinseksiya və deratizasiya və dövlət sərhədinin buraxılış məntəqələrində nəqliyyat vasitələrinin dezinfeksiyası istisna olunmaqla)" sözləri ilə əvəz edilsin.
IV. "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 8, maddə 655; 2007-ci il, ¹ 6, maddə 595) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1. 10.0.3-cü maddədə "idxalı və ixracına," sözlərindən sonra "təkrar ixracına," sözləri əlavə edilsin, "tranzit" sözü çıxarılsın və "idxal karantin icazəsi" sözlərindən sonra ", təkrar ixracat fitosanitar sertifikatı" sözləri əlavə edilsin;
2. 10.0.9-cu maddədə "müvafiq" sözündən əvvəl "öz səlahiyyətləri daxilində" sözləri əlavə edilsin;
3. 11.1.1-ci maddədə "qaydada" sözündən sonra "(dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)" sözləri əlavə edilsin;
4. 11.1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
"11.1.2. Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara qanunvericiliklə müəyyən edilmiş qaydada fitosanitar karantin baxışı keçirmək və laboratoriya ekspertizasını aparmaq;";
5. 13.1-ci maddənin birinci cümləsində "qaydada" sözündən sonra "(dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)" sözləri əlavə edilsin və aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:
"Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən mallar üzərində fitosanitar nəzarətini gömrük orqanları həyata keçirirlər.";
6. 13.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
"13.2. İdxal olunan bitki və bitkiçilik məhsullarının müvafiq sənədlərlə müşayiət olunmadığı və zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduğu halda onların ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısının alınması məqsədi ilə gömrük orqanları dövlət fitosanitar nəzarəti xidmətinə məlumat verməlidir. Dövlət fitosanitar nəzarəti xidməti öz növbəsində aşağıdakı fitosanitar tədbirləri həyata keçirir:
13.2.1. analiz (test), müayinə, məhsulun saxlanması və məhv edilməsi məqsədi ilə bitki və bitkiçilik məhsullarını, digər karantin nəzarətində olan materialları ölkə daxilində yerləşən fitosanitar nəzarəti məntəqələrində saxlamaq, geri qaytarmaq və onların idxalına məhdudiyyətlər qoymaq;
13.2.2. bitki və bitkiçilik məhsullarının respublikaya gətirilməsini qadağan etmək və ya məhdudlaşdırmaq.";
7. 13.5-ci maddədə "İdxal olunan yükün müvafiq sənədlərlə müşayiət olunmadığı və zərərli" sözləri "Zərərli" sözü ilə əvəz edilsin;
8. 13.8-ci maddənin birinci cümləsində "məntəqələrdən" sözündən sonra "(dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)" sözləri əlavə edilsin;
9. 15.2-ci maddədə "Dövlət fitosanitar nəzarəti xidməti" sözləri "Gömrük orqanı dövlət sərhədinin buraxılış məntəqələrində" sözləri ilə əvəz edilsin və "zəruri hallarda" sözləri "bu qanunun 13.2-ci maddəsində müəyyən olunan hallarda dövlət fitosanitar nəzarəti xidməti tərəfindən" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 dekabr 2009-cu il
Azərbaycan.- 2009.- 27 dekabr.- S. 2.