"Daxili qoşunların statusu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

"Daxili qoşunların statusu haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, ¹17, maddə 233; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹1, maddə 15; 2004-cü il, ¹2, maddə 57, ¹3, maddə 133; 2008-ci il, ¹7, maddə 602) aşağıdakı əlavə və dəyişiklik edilsin:

1. 9-cu maddəyə aşağıdakı məzmunda "ə)" yarımbəndi əlavə edilsin:

"ə) Daxili qoşunların hərbi şurasının tərkibini müəyyən edir.";

2. 12-ci maddənin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

"Hərbi şuranın tərkibinə daxili qoşunların komandanı (şuranın sədri), daxili qoşunlar komandanının birinci müavini-qərargah rəisi (şuranın sədr müavini), daxili qoşunlar komandanının müavinləri, habelə Daxili Qoşunlar Baş İdarəsinin digər vəzifəli şəxsləri daxil olurlar.".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 oktyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 27 dekabr.- S.2.