"Xarici investisiyanın qorunması
haqqında", "Gömrük
tarifi haqqında" və "Şəhərsalmanın
əsasları haqqında"
Azərbaycan Respublikasının
qanunlarına dəyişikliklər
və əlavə edilməsi barədə
Azərbaycan Respublikasının
Milli Məclisi qərara alır:
¹7, maddə
171; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1997-ci il, ¹3, maddə
226; 2001-ci il, ¹6, maddə
360, ¹11, maddə 683, ¹12, maddə
736; 2003-cü il, ¹1, maddələr
1, 3; 2005-ci il, ¹8, maddə
684; 2007-ci il, ¹5, maddə
401, ¹10, maddə 938, ¹11, maddə
1053) VI bölməsi çıxarılsın.
II. "Gömrük
tarifi haqqında" Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il,
¹22, maddə 352; Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1998-ci il, ¹12, maddə 742; 1999-cu il, ¹4, maddə 225; 2001-ci il, ¹3, maddələr 145, 151,
¹5, maddələr
296, 299; 2009-cu il, ¹2, maddə 57) aşağıdakı
dəyişikliklər və
əlavə edilsin:
1. 1-ci maddənin
ikinci abzası aşağıdakı redaksiyada
verilsin:
"gömrük ərazisi
- Azərbaycan Respublikasının quru ərazisindən, daxili
sularından, Xəzər dənizinin (gölünün) Azərbaycan
Respublikasına mənsub olan bölməsindən (o cümlədən,
orada yerləşən adalar, süni adalar, qurğular və
tikililər) və onların üzərindəki hava məkanından
ibarət olan ərazi;".
2. 34-cü maddənin
"a)"-"ı)" bəndləri müvafiq olaraq
1-13-cü bəndlər hesab edilsin və
aşağıdakı məzmunda 14-cü bənd əlavə
edilsin:
"14. mallar (aksizli mallardan başqa) Azərbaycan Respublikasının gömrük ərazisi xaricindən xüsusi iqtisadi zonaya idxal edildikdə, habelə Azərbaycan Respublikasının gömrük ərazisi xaricindən xüsusi iqtisadi zonaya idxal olunmuş mallar xüsusi iqtisadi zonadan Azərbaycan Respublikasının gömrük ərazisi xaricinə ixrac edildikdə, xüsusi iqtisadi zonada istehsal və ya emal olunmuş mallar Azərbaycan Respublikasının gömrük ərazisi xaricinə ixrac edildikdə, xüsusi iqtisadi zonada istehsal və ya emal olunmuş mallar təmir, yekun-tamamlama işləri, nümunələrin sərgisi və digər bu kimi məqsədlərlə Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti idxal edildikdə, Azərbaycan Respublikasında mallar xüsusi iqtisadi zonalar arasında idxal-ixrac edildikdə.".
III. "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 8, maddə 473; 2001-ci il, ¹11, maddə 676; 2002-ci il, ¹5, maddə 241; 2007-ci il, ¹10, maddə 938; 2008-ci il, ¹7, maddə 602; 2009-cu il, ¹5, maddə 310) 24-cü maddəsinin dördüncü abzası aşağıdakı redaksiyada verilsin:
"xüsusi iqtisadi zonalar;".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
4 dekabr 2009-cu il
Azərbaycan.- 2009.- 27 dekabr.- S. 2.