Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanununa və "Atçılıq haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹8, I kitab, maddə 584; 2001-ci il, ¹1, maddə 24, ¹3, maddə 139, ¹7, maddə 455, ¹11, maddələr 680, 698, ¹12, maddə 731; 2002-ci il, ¹1, maddə 9, ¹4, I kitab, maddə 165, ¹5, maddələr 234, 237, 239, ¹6, maddə 326, ¹8, maddə 463, ¹12, maddə 692; 2003-cü il, ¹1, maddələr 3, 13, 23, ¹4, maddələr 177, 178, ¹5, maddə 228, ¹6, maddələr 257, 276, 279, ¹8, maddələr 407, 425, ¹12, I kitab, maddələr 676, 696, ¹12, II kitab, maddələr 713, 714; 2004-cü il, ¹1, maddələr 6, 7, 10, 13, ¹4, maddələr 200, 201, 204, ¹5, maddələr 313, 314, 317, 321, ¹6, maddə 397, ¹8, maddələr 596, 597, ¹10, maddələr 762, 779, ¹11, maddə 900, ¹12, maddə 973; 2005-ci il, ¹1, maddələr 5, 6, ¹2, maddə 61, ¹4, maddələr 272, 273, 275, 278, ¹6, maddələr 462, 466, ¹7, maddə 576, ¹8, maddələr 691, 692, ¹10, maddələr 875, 877, 904, ¹11, maddələr 993, 994, 995, ¹12, maddələr 1083, 1085; 2006-cı il, ¹2, maddələr 64, 68; ¹3, maddələr 219, 220, 223, 225, ¹5, maddə 385, ¹6, maddə 478; ¹11, maddələr 923, 924, 932, ¹12, maddələr 1005, 1020, 1024; 2007-ci il, ¹1, maddələr 3, 4, ¹2, maddələr 65, 68, ¹5, maddələr 397, 398, 401, 440, ¹6, maddələr 560, 561, 562, 579; ¹8, maddə 757; ¹10, maddələr 935, 936, 938, 940; ¹11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091; ¹12, maddələr 1195, 1211, 1217, 1218; 2008-ci il, ¹2, maddə 47, ¹3, maddələr 146, 152, 159, ¹4, maddə 249, ¹5, maddə 340, ¹6, maddələr 454, 460, 461, 464, ¹7, maddələr 601, 602, 605, ¹8, maddələr 699, 701, ¹10, maddələr 884, 885; ¹11, maddələr 956, 967, ¹12, maddələr 1045, 1047, 1049; 2009-cu il, ¹2, maddələr 36, 45, 49, 52, 53; Azərbaycan Respublikasının 2009-cu il 28 aprel tarixli 804-IIIQD nömrəli və 2009-cu il 8 may tarixli 813-IIIQD nömrəli Qanunları) 190-cı maddəsindən "və ya uçot vahidlərinin dövlət reyestrinin aparılması" sözləri çıxarılsın.

II. "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹8, maddə 655; 2007-ci il, ¹6, maddə 595) 10.0.6-cı maddəsində "şəxsləri uçota götürmək" sözləri "şəxslərin müvafiq icra hakimiyyəti orqanından alınmış məlumata əsasən uçotunu aparmaq" sözləri ilə əvəz edilsin və 26.3-cü maddə çıxarılsın.

III. "Atçılıq haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹5, maddə 399; 2008-ci il, ¹6, maddə 462) 10.1-ci maddəsində "tərəfindən" sözündən sonra "müvafiq icra hakimiyyəti orqanından alınmış məlumata əsasən" sözləri əlavə edilsin və 6.1.7-ci, 10.2-ci və 10.3-cü maddələri çıxarılsın.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 oktyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 27 dekabr.- S. 3.