"Patent haqqında" Azərbaycan
Respublikasının Qanununa dəyişikliklər və əlavələr
edilməsi barədə
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
"Patent haqqında" Azərbaycan
Respublikasının Qanununa (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 5, maddə 414; 2004-cü il,
¹ 7, maddə 505; 2006-cı il, ¹ 2, maddə 64)
aşağıdakı dəyişikliklər və əlavələr
edilsin:
1. preambuladan
"Azərbaycan Respublikası ərazisində" sözləri
çıxarılsın.
2. 1-ci maddə üzrə:
2.1. üçüncü,
dördüncü, yeddinci və səkkizinci abzaslar
aşağıdakı redaksiyada verilsin:
"ixtira - istənilən
sahədə məhsula və ya üsula aid olan texniki həllər;
faydalı model - qurğuya aid olan
texniki həllər;
üsul - bir-biri ilə bağlı
proseslərin müəyyən ardıcıllıqla maddi
obyekt üzərində, maddi vasitələrin köməyi ilə
yerinə yetirilməsi;
məhsul - əqli fəaliyyətin nəticəsində
yaradılan bitki və ya heyvan hüceyrələrinin
kulturaları, mikroorqanizmlərin ştammı, maddə,
qurğu;";
2.2. ikinci
abzas çıxarılsın.
3. II fəslin adında, 1-ci,
5-ci, 6-cı, 10-13-cü, 16-cı, 20-ci, 23-cü, 27-ci, 29-cu,
30-cu və 33-cü maddələrin mətnində, 3-cü,
14-cü, 15-ci, 17-ci, 18-ci, 19-cu, 21-ci, 25-ci, 28-ci, 32-ci, 35-ci və
41-ci maddələrin adında və mətnində ismin
müvafiq hallarında "sənaye mülkiyyəti
obyekti" və "sənaye mülkiyyəti obyektləri"
sözləri müvafiq olaraq "ixtira, faydalı model və
sənaye nümunəsi" və "ixtira, faydalı model və
sənaye nümunələri" sözləri ilə əvəz
edilsin.
4. 3-cü maddənin
üçüncü hissəsi aşağıdakı
redaksiyada verilsin:
"Kommersiya məqsədləri
üçün istifadəsi ictimai mənafeyə, humanizm və
əxlaqi prinsiplərə zidd olan, insanların, heyvanların
həyat və sağlamlıqlarına, bitkilərin mühafizəsinə,
ətraf mühitə ciddi ziyan vuran ixtira, faydalı model və
sənaye nümunəsi patentlə mühafizə edilmir və
onun istifadəsi qadağandır.".
5. 5-ci maddənin adında və
mətnində, 28-ci, 29-cu, 31-ci, 32-ci, 34-cü və 37-ci maddələrin
mətnində ismin müvafiq hallarında "Apellyasiya
komissiyası" sözləri müvafiq olaraq "Apellyasiya
şurası" sözləri ilə əvəz edilsin.
6. 6-cı maddənin 3-cü
bəndi aşağıdakı redaksiyada verilsin:
"Patent müvəkkili məsləhət
verdiyi və ya ona verilən səlahiyyət daxilində həyata
keçirdiyi fəaliyyətlə bağlı ixtira,
faydalı model və sənaye nümunəsi obyektləri
üzrə müəllif və ya şərikli müəllif
ola bilməz.".
7. 7-ci maddə üzrə:
7.1. 1-ci bənd
aşağıdakı redaksiyada verilsin:
"İstənilən sahədə
məhsula və ya üsula aid olan texniki həllər ixtira
obyektləri sayılır.";
7.2. 2-ci bənddə
"ixtira səviyyəli olan" sözlərindən sonra
"(bəlli olmayan)" sözləri, "sənayedə tətbiq
edilə bilən" sözlərindən sonra isə
"(faydalı)" sözü əlavə edilsin;
7.3. 3-cü bəndin ikinci
abzası aşağıdakı redaksiyada verilsin:
"İxtiranın yeniliyi
müəyyən edilərkən mövcud bilgilər məcmusuna,
həmçinin daha əvvəl ilkinliyə malik olan, Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanına
daxil olan və geri götürülməyən ixtira və
faydalı model barəsində iddia sənədləri, Azərbaycan
Respublikasında patentlə mühafizə edilən ixtira və
faydalı model də aid edilir.";
7.4. 8-ci bəndin on birinci
abzası aşağıdakı redaksiyada verilsin:
"mikroorqanizmlər
istisna olmaqla, bitkilər və heyvanlar, onların mahiyyət
üzrə bioloji yetişdirilməsi üsulları
(qeyri-bioloji və mikrobioloji üsullar istisna olmaqla);";
7.5. 8-ci bəndə
aşağıdakı məzmunda ikinci abzas əlavə
edilsin:
"kəşflər;";
7.6. ikinci-on
üçüncü abzaslar müvafiq olaraq
üçüncü-on dördüncü abzaslar hesab edilsin;
7.7. on birinci abzasa
"qurğu" sözündən sonra "(tikili kimi
qurğu)" sözləri əlavə edilsin.
8. 8-ci maddə üzrə:
8.1. 1-ci bənd
aşağıdakı redaksiyada verilsin:
"Qurğu obyektləri
faydalı model kimi mühafizə oluna bilər.";
8.2. 6-cı bənd
aşağıdakı redaksiyada verilsin:
"Aşağıdakılar
faydalı model sayılmır:
məmulatın xarici görkəminə aid
edilən və estetik tələblərin təminatına
yönələn həllər;
inteqral sxemlərin
topologiyası.".
9. 9-cu maddə üzrə:
9.1. 2-ci bənddə "və"
bağlayıcısı "və ya" sözləri ilə
əvəz edilsin və ", sənayedə tətbiq edilə
bilən" sözləri çıxarılsın;
9.2. 3-cü bənddə:
9.2.1. birinci
abzasda "dünyada hamıya müyəssər olmuş"
sözləri "mühüm əlamətlərinin məcmusu
mövcud" sözləri ilə əvəz edilsin;
9.2.2. ikinci
abzas aşağıdakı redaksiyada verilsin:
"Mövcud
bilgilər məcmusuna iddia edilən sənaye nümunəsinin
ilkinliyi tarixinə qədər eyni təyinatlı obyektlər
və onların Azərbaycan Respublikasında tətbiqi barədə
hamı üçün müyəssər olan məlumatlar
aid edilir.
Mövcud bilgilər məcmusuna iddia edilən sənaye
nümunəsinə aidiyyəti olan və əmtəə
nişanı kimi Azərbaycan Respublikasında hüquqi
mühafizəsi olan obyektlər də daxil edilir.";
9.3. 6-cı bənd
çıxarılsın və 7-ci bənd 6-cı bənd
hesab edilsin.
10. 10-cu maddəyə
aşağıdakı məzmunda 3-cü, 4-cü və 5-ci bəndlər
əlavə edilsin və 3-cü bənd 6-cı bənd hesab
edilsin:
"3.
İxtira patentinin predmeti qanunvericiliyə uyğun olaraq inzibati
prosedurlardan keçməsi tələb olunan məhsula və
ya məhsulun hazırlanma üsuluna aid olarsa, patent sahibinin vəsatəti
əsasında patentin qüvvədə olma müddəti 5 ilə
qədər uzadıla bilər. Vəsatət patentin
qüvvədə olduğu müddətdə verilir.
4. Sənaye nümunəsi patentinin
qüvvədə olma müddəti patent sahibinin vəsatəti
əsasında 5 ildən artıq olmamaq şərtilə
uzadıla bilər.
5. İxtira və sənaye
nümunəsi patentinin qüvvədə olma müddətinin
uzadılması qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.".
11. 14-cü maddənin 2-ci bəndi
aşağıdakı redaksiyada verilsin:
"Patent sahibi patentə
görə aşağıdakı müstəsna hüquqlara
malikdir:
a) patentin
obyekti məhsul (məmulat) olduqda, patent sahibinin
razılığı olmadan üçüncü şəxs
tərəfindən onun icazəsiz istehsalının, istifadəsinin,
satış üçün təklif olunmasının,
satışının və bu məqsədlər
üçün idxalının qarşısını almaq;
b) patentin
obyekti üsul olduqda, patent sahibinin razılığı
olmadan üçüncü şəxs tərəfindən
bu üsulun tətbiqi ilə bağlı hərəkətlərin,
habelə bilavasitə bu üsulla alınan məhsuldan istifadənin,
məhsulun satışının, satış
üçün təklif olunmasının və ya bu məqsədlər
üçün idxalının qarşısını almaq.
Mühafizə olunan sənaye
nümunəsinin sahibi onun icazəsi olmadan
üçüncü şəxs tərəfindən həmin
nümunənin və ya ona bənzər olan nümunənin
surətini özündə daşıyan və ya tərkibinə
daxil edən məmulatın kommersiya məqsədilə
hazırlanmasının, satışının və ya
idxalının qarşısını almaq hüququna malikdir.".
12. 15-ci maddəyə
aşağıdakı məzmunda 4-cü bənd əlavə
edilsin:
"Patent sahibi patentlə
bağlı hüquqları vərəsəlik üzrə və
ya digər şəxslərə vermək, habelə onun
istifadəsinə görə lisenziya müqaviləsi
bağlamaq üçün müstəsna hüquqlara malikdir.".
13. 17-ci maddənin 2-ci bəndi
aşağıdakı redaksiyada verilsin:
"Patent hüququnun girov qoyulması
barədə müqavilə müəyyən edilən
dövlət rüsumunun ödənilməsi şərtilə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilən qaydalar əsasında qeydiyyata
alınır.".
14. 20-ci maddə üzrə:
14.1. maddənin
adı aşağıdakı redaksiyada verilsin:
"Maddə 20. Məcburi lisenziya və
patent sahibinin razılığı olmadan digər istifadə
halları";
14.2. 2-ci bənd
çıxarılsın və aşağıdakı məzmunda
2-ci və 3-cü bəndlər əlavə edilsin:
"2.
Aşağıdakı şərtlərə riayət etməklə,
hüquq sahibinin razılığı olmadan patent obyektindən
dövlət və ya onun müvəkkil etdiyi şəxslər
tərəfindən digər istifadə hallarına yol verilə
bilər:
2.1. bu
cür istifadəyə icazənin verilməsi patent obyektinin fərdi
xüsusiyyətlərinə əsaslanmalıdır;
2.2. bu
cür istifadədən əvvəl müraciət etmiş
istifadəçinin məqbul kommersiya şərtləri ilə
hüquq sahibindən razılıq almaq cəhdləri
uğursuzluqla nəticələnmişdirsə istifadəyə
icazə verilə bilər.
Bu şərtə
fövqəladə hallarda və ya digər fors-major
hallarında, habelə dövlətin qeyri-kommersiya məqsədləri
üçün hüquqdan istifadə etdiyi hallarda riayət
olunmaya bilər. Belə olduqda patent hüququnun sahibinə ən qısa
müddətdə məlumat verilməlidir;
2.3. bu
cür istifadənin həcmi və müddəti ona
razılıq verilən məqsədlə məhdudlaşır,
yarımkeçiricilər texnologiyası sahəsində isə
yalnız dövlət tərəfindən qeyri-kommersiya məqsədləri
və yaxud məhkəmə və ya inzibati prosedurlar nəticəsində
rəqabəti məhdudlaşdıran kimi müəyyənləşdirilən
təcrübənin qarşısının alınması
üçün nəzərdə tutulur;
2.4. bu
cür istifadə müstəsna xarakter daşımır;
2.5. bu
cür istifadəni həyata keçirən müəssisənin
hissəsi və ya onun qeyri-maddi aktivləri ilə birgə
olmadan bu cür istifadə digər şəxslərə verilə
bilməz;
2.6. hər
bu cür istifadəyə razılıq verilməsinin əsas
məqsədi ilk növbədə daxili bazarın tələbatının
ödənilməsi olmalıdır;
2.7. əgər
bu cür istifadəyə səbəb olan hallar aradan qalxarsa və
onların yenidən təkrarlanması ehtimalı
aşağı olarsa, razılıq alan şəxslərin
qanuni maraqlarının təmin edilməsi şərtilə
istifadə hüququ ləğv edilir.
Bu maddədə göstərilən
halların davam etdiyinə dair əsaslandırılmış
ərizə daxil olarsa müvafiq icra hakimiyyəti orqanı bu
cür istifadəyə icazə verilməsi məsələsinə
yenidən baxmaq səlahiyyətinə malikdir;
2.8. hər
bir halın xüsusiyyətləri və
razılığın iqtisadi dəyəri nəzərə
alınmaqla, hüquq sahibinə müvafiq mükafat
(kompensasiya) ödənilir;
2.9. bu
cür istifadəyə verilən razılıq və hüquq
sahibinə ödənilən mükafat (kompensasiya) barədə
istənilən qərardan qanunvericiliklə müəyyən
edilmiş qaydada məhkəməyə şikayət verilə
bilər;
2.10. məhkəmə
və ya inzibati prosedurlar nəticəsində rəqabəti məhdudlaşdıran
kimi müəyyən edilən təcrübənin aradan
qaldırılması məqsədi ilə patent obyektinə
istifadəyə razılıq verildiyi halda, bu maddənin 2.2-ci
və 2.6-cı bəndlərində göstərilən şərtlər
tətbiq edilmir.
Rəqabəti
məhdudlaşdıran təcrübənin aradan
qaldırılmasının zəruriliyinə baxılarkən,
ödəniləcək mükafatın (kompensasiyanın) məbləği
nəzərə alına bilər. Razılığın verilməsinə
əsas olan halların yenidən yaranma ehtimalı olduğu
halda müvafiq icra hakimiyyəti orqanı
razılığın ləğv edilməsindən imtina edə
bilər;
2.11. əgər
bu cür istifadəyə razılıq başqa patentə
(birinci patent) dair hüquqları pozmadan patentin (ikinci patent)
istifadəsinin mümkün olmadığına görə
verilirsə, aşağıdakı əlavə şərtlər
tətbiq edilir:
a) birinci
patentin obyekti olan ixtira ilə müqayisədə ikinci patentin
alınması üçün verilən iddia sənədindəki
ixtira böyük iqtisadi dəyərə malik olan əhəmiyyətli
texniki həlli özündə əks etdirməli;
b) birinci
patent sahibinin ikinci patentlə iddia edilən ixtiradan istifadə
etməsi üçün münasib şərtlərlə
çarpaz lisenziya müqaviləsi bağlamaq hüququna malik
olmalı;
c) birinci
patentə verilən razılıqdan istifadə hüququ,
ikinci patentə dair hüquqların verilməsi istisna olmaqla,
digər şəxslərə verilə bilməz.
3. İxrac edilən patentləşmiş
əczaçılıq məhsullarına məcburi lisenziya
verilərkən, lisenziya müqaviləsində
aşağıdakı şərtlər öz əksini
tapmalıdır:
a) lisenziya
üzrə məhsul yalnız zəruri miqdarda idxal edən
ölkənin minimum tələblərini təmin etmək məqsədilə
istehsal edilə bilər;
b) lisenziya
üzrə istehsal edilən məhsul idxal olunan məhsuldan
müvafiq işarə və ya nişanla fərqlənməlidir.
Lisenziya üzrə istehsal olunan məhsulların bu cür fərqlənməsi
məhsulların xüsusi bükmələri və (və ya)
bilavasitə məhsulların rəngləri (formaları) ilə
o şərtlə həyata keçirilə bilər ki, bu fərqlənmə
amilləri tətbiq edilə bilən olsun və məhsulların
qiymətinə təsir etməsin;
c) lisenziyalı
məhsulların ixracından əvvəl ona dair
aşağıdakı məlumatlar Ümumdünya Ticarət
Təşkilatının internet səhifəsində
(veb-saytında) yerləşdirilməlidir:
bütün istiqamətlərə
göndərilən məhsulların miqdarı;
məhsulların fərqləndirici
xüsusiyyətləri.".
15. 22-ci maddənin mətni
aşağıdakı redaksiyada verilsin:
"1. Patentlə mühafizə
edilən ixtira, faydalı model və sənaye nümunəsi
obyektlərindən bu Qanunun müddəalarının
pozulması ilə istifadə edilməsi, təsərrüfat
dövriyyəsinə başqa şəkildə daxil edilməsi
və ya bu məqsədlə saxlanması patent sahibinin
müstəsna hüququnun pozulması sayılır.
2. Mülki mühakimə
icraatının məqsədləri üçün patent
sahibinin bu Qanunun 14-cü maddəsinin 2-ci bəndində
göstərilən hüquqlarının pozulması
zamanı patentin predmeti məhsulun alınma üsulu olarsa, məhkəmə
məhsulun alınması üçün istifadə edilən
üsulun patentləşdirilmiş üsuldan fərqlənməsinə
dair dəlillərin təqdim edilməsini cavabdehdən tələb
edə bilər. Təkzibedici dəlillər təqdim olunanadək
patent sahibinin razılığı olmadan alınan istənilən
məhsul patentləşmiş üsulla alınmış
hesab edilir, əgər:
a) patentləşmiş
üsulla alınan məhsul yeni olarsa;
b) bu məhsulun
patentləşmiş üsulla alınması ehtimalı
yüksəkdir və patent sahibi ağlabatan tədbir görməklə
onun alınmasında hansı üsulun tətbiq edildiyini
müəyyən edə bilmirsə.
3. Bu maddənin
2-ci bəndinin birinci abzasında göstərilənlərin
sübut edilməsi patent sahibinin hüquqlarının
pozulmasında təqsirləndirilən şəxsin üzərinə
o halda düşür ki, a) və ya b) yarımbəndlərində
göstərilən şərtlər yerinə yetirilsin.
4. Əks dəlilləri təqdim
edən cavabdehin istehsalat və kommersiya sirrinin qorunması sahəsində
qanuni maraqları nəzərə alınır.".
16. 23-cü maddənin
üçüncü abzası aşağıdakı
redaksiyada verilsin:
"patentlə
mühafizə edilən ixtira, faydalı model və sənaye
nümunəsi obyektlərinin elmi, eksperiment, tədqiqat və
həmin obyektlərin yoxlanılması məqsədləri
üçün patentin qüvvədə olma müddəti
bitənədək böyük həcmdə istehsala və ya
məhsulların toplanmasına gətirib
çıxarmaması şərti ilə istifadəsi;".
17. 24-cü maddənin 1-ci bəndinin
birinci cümləsi çıxarılsın.
18. 27-ci maddənin 5-ci bəndi
aşağıdakı redaksiyada verilsin:
"İddia sənədi
daxil olduğu gündən 3 aydan gec olmayaraq müəyyənləşdirilmiş
məbləğdə dövlət rüsumunun ödənildiyini
təsdiqləyən sənəd təqdim edilə bilər.".
19. 28-ci maddə üzrə:
19.1. 2-ci bəndin birinci və
ikinci abzaslarına "
19.2. 3-cü bəndin birinci
abzası aşağıdakı redaksiyada verilsin:
"Faydalı
model və ya sənaye nümunəsi üçün
konvensiya ilkinliyi hüququndan istifadə etmək istəyən
iddiaçı bu istəyini iddia sənədini verərkən
və ya iddia sənədi müvafiq icra hakimiyyəti
orqanına daxil olduğu gündən 2 ay ərzində bildirərək
iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına
daxil olduğu tarixdən 3 ay ərzində əvvəlki iddia
sənədinin təsdiqlənmiş surətini təqdim etməlidir. İxtira üçün
konvensiya ilkinliyi hüququndan istifadə etmək istəyən
iddiaçı bu istəyini iddia sənədini verərkən
və ya iddia sənədi müvafiq icra hakimiyyəti
orqanına daxil olduğu gündən 2 ay ərzində bildirərək
birinci iddia sənədinin təsdiqlənmiş surətini
Paris Konvensiyasının iştirakçısı olan
dövlətin patent idarəsinə verildiyi tarixdən 16 ay ərzində
təqdim etməlidir.";
19.3. 6-cı bənd
aşağıdakı redaksiyada verilsin:
"İlkinlik
əlavə materialların verildiyi tarixdən də müəyyən
edilə bilər.
Əlavə materiallar iddia
edilən texniki həllərin mahiyyətini dəyişdiyi
üçün onların nəzərə
alınmasının mümkün olmadığı barədə
müvafiq icra hakimiyyəti orqanı iddiaçıya
bildiriş göndərmişsə, iddiaçının həmin
bildirişi aldığı gündən 3 ay müddət ötənədək
təqdim etdiyi müstəqil iddia sənədi üzrə
ilkinlik əlavə materialların daxil olduğu tarixdən
müəyyən edilə bilər.";
19.4. 7-ci bəndə
aşağıdakı məzmunda ikinci və
üçüncü abzaslar əlavə edilsin:
"İlkinlik
daha əvvəl verilən bir neçə iddia sənədi
üzrə müəyyən edilə bilər.
İlkinlik bundan əvvəl
ilkinliyi istənilmiş iddia sənədinin daxil olduğu
tarixdən müəyyənləşdirilə bilməz.";
19.5. 9-cu bənd
aşağıdakı redaksiyada verilsin:
"Konvensiya ilkinliyi
xahiş edilən iddia sənədi iddiaçıdan
asılı olmayan səbəblərdən müəyyən
edilən müddətdə verilmədikdə, dövlət
rüsumu ödənilməsi şərtilə bu müddət
2 ayadək uzadıla bilər.".
20. 29-cu maddənin 1-ci bəndi
aşağıdakı redaksiyada verilsin:
"Müvafiq icra hakimiyyəti orqanı ixtira, faydalı model və sənaye nümunəsi barədə iddia sənədinin ekspertizasına dair müəyyənləşdirilmiş məbləğdə rüsumun ödənildiyini təsdiqləyən sənədi aldığı tarixdən etibarən 1 ay ərzində onun bu Qanunun 27-ci maddəsinin 3-cü, 4-cü, 5-ci və 6-cı bəndlərinə uyğun ilkin ekspertizasını aparır. İlkin ekspertiza zamanı tələb olunan sənədlərin mövcudluğu və düzgün tərtib olunması yoxlanılır.".
21. 30-cu maddə üzrə:
21.1. 6-cı bəndin dördüncü və beşinci abzasları çıxarılsın;
21.2. 8-ci bəndin ikinci abzası çıxarılsın və aşağıdakı məzmunda ikinci və üçüncü abzaslar əlavə edilsin:
"Müvəqqəti mühafizə hüququ verilən ixtiradan, faydalı modeldən və sənaye nümunəsindən istifadə edən hüquqi və ya fiziki şəxslər patent alındıqdan sonra patent sahibinə kompensasiya ödəməlidirlər. Kompensasiyanın həcmi və ödəmə qaydası tərəflər arasında razılaşma ilə müəyyən edilir.
Geri götürülmüş və ya geri götürülmüş hesab edilən, yaxud patent verilməsindən imtina qərarı qəbul edilən və həmin qərardan etiraz verilməsi üçün müəyyən edilmiş müddətin keçdiyi ixtiraya, faydalı modelə və sənaye nümunəsinə dair iddia sənədi müvəqqəti mühafizə hüququ verilməmiş hesab edilir.".
22. 36-cı maddənin 1-ci bəndinin üçüncü abzasında "rüsum vaxtında ödənilmədikdə" sözləri "rüsumun ödənilməsi üçün müəyyən edilmiş müddətdən 12 aylıq möhlət müddəti keçənədək ödənilmədikdə" sözləri ilə əvəz edilsin.
23. 37-ci maddənin 1-ci bəndinin birinci abzası aşağıdakı redaksiyada verilsin:
"İxtira, faydalı model və sənaye nümunəsinin patenti onun qorunduğu bütün dövrə şamil olunmaqla aşağıdakı hallarda bütövlükdə etibarsız sayıla bilər:".
24. 38-ci maddə üzrə:
24.1. 1-ci bənddə "və" bağlayıcısı "," işarəsi ilə əvəz edilsin və "3-cü bəndində" sözlərindən sonra "və 34-cü maddənin 1-ci bəndində" sözləri əlavə edilsin;
24.2. 2-ci bənddə "İddiaçı" sözündən sonra "və ya etiraz edən şəxs" sözləri əlavə edilsin və "12" rəqəmi "3" rəqəmi ilə əvəz edilsin;
24.3. aşağıdakı məzmunda 3-cü bənd əlavə edilsin:
"3. İxtira, faydalı model və sənaye nümunəsi patentinin qüvvədə saxlanılması üçün müəyyən edilmiş illik rüsumu vaxtında ödəməyən patent sahibi, ötürülmüş tarixdən 5 il müddətindən gec olmayaraq müvafiq dövlət rüsumunu ödəməklə, patentin qüvvəsi bərpa edilə bilər. Patent sahibinin vəsatətinə ötürülmüş illər üzrə rüsumun ödənildiyini təsdiqləyən sənədin surəti əlavə olunur.".
25. 41-ci maddənin birinci abzası aşağıdakı redaksiyada verilsin:
"Sənaye mülkiyyəti obyekti barədə iddia sənədi müvafiq icra hakimiyyəti orqanına verildikdən sonra xarici dövlətdə patentləşdirilə bilər.".
26. Aşağıdakı məzmunda 44-cü maddə əlavə edilsin:
"Maddə 44. Keçid müddəaları
Bu Qanun qüvvəyə minənədək ixtira, faydalı model və sənaye nümunəsi barədə verilən və barələrində qərar qəbul edilməmiş iddia sənədlərinin ekspertizası bu Qanunun tələblərinə uyğun aparılır.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 20 oktyabr
2009-cu il
Azərbaycan.- 2009.- 27 dekabr.- S. 4.