Türkiyənin "Samanyolu"
telekanalında Prezident İlham Əliyevə həsr
olunmuş "Zirvəyə doğru" filmi
nümayış etdirilmişdir
Dekabrın 24-də Türkiyənin "Samanyolu" telekanalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr olunmuş "Zirvəyə doğru" filmi nümayiş etdirilmişdir.
Siyasi portret
janrında hazırlanmış filmdə Azərbaycanın
dövlət başçısının bioqrafiyası,
yorulmaz ictimai-siyasi fəaliyyəti maraqlı ştrixlərlə
təqdim olunmuşdur. Filmdə Prezident İlham Əliyevin
uşaqlıq və gənclik dövrü, orta və ali məktəbdə
təhsil aldığı illər, Moskva Dövlət Beynəlxalq
Münasibətlər İnstitutundakı elmi və pedaqoji fəaliyyəti
barədə məlumat verilir. Daha sonra filmdə Heydər Əliyev
siyasi xəttinin layiqli davamçısı kimi Azərbaycan rəhbərinin
Dövlət Neft Şirkətindəki fəaliyyəti, milli
neft strategiyasının hazırlanıb həyata keçirilməsi
istiqamətində göstərdiyi səylər xronoloji
ardıcıllıqla nümayiş etdirilir. Böyük hissəsi
İlham Əliyevin prezidentlik fəaliyyətinə həsr
olunmuş filmin müəllifləri iqtisadi inkişaf tempinə
görə dünya dövlətləri arasında Azərbaycanın
xüsusi yer tutmasını dövlətimizin
başçısının uğurlu siyasətinin, həyata
keçirdiyi məqsədyönlü islahatların bəhrəsi
olduğunu konkret faktlarla əsaslandırmışlar.
AzərTAc
Azərbaycan.- 2009.- 27 dekabr.- S. 1.