Milli Olimpiya Komitəsi 2009-cu ilə yekun vurmuş, idmançılara, məşqçilərə
və idman mütəxəssislərinə mükafatlar təqdim olunmuşdur
Dekabrın 25-də Milli Olimpiya Komitəsi (MOK) 2009-cu ilə yekun vurmuş, idmançılara, məşqçilərə və idman veteranlarına, mütəxəssislərinə mükafatlar təqdim olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Dövlətimizin başçısı əvvəlcə MOK-un inzibati binasının foyesində Azərbaycanın idman həyatına, idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları qələbələrə, ölkəmizdə idmana dövlət qayğısına həsr olunmuş sərgiyə baxdı.
Sonra mərasim keçirildi. MOK-un İcraiyyə Komitəsinin iclas salonuna toplaşanlar dövlətimizin başçısını alqışlarla qarşıladılar.
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.
Azərbaycan.- 2009.- 26 dekabr.- S. 1, 2.