Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının XI qurultayının iştirakçılarına

 

Hörmətli qurultay iştirakçıları!

Əziz gənclər!

Sizi - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının XI qurultayının iştirakçılarını ürəkdən salamlayır, hər birinizə cansağlığı, səadət ölkəmizin inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Dövlət müstəqilliyimizin bərpasından sonra ötən illər ərzində Azərbaycan gəncliyi ona göstərilən yüksək diqqət qayğıya layiqincə cavab verərək ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilmişdir. İctimai-siyasi sosial-mədəni həyatımızın bütün sahələrində gənclərimizin əldə etdikləri müvəffəqiyyətlər hər bir vətəndaşımızın qəlbində qürur hissi oyadır. Bu yaxınlarda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təsis olunmasını siz gənclərin azərbaycançılıq məfkurəsi işığında sıx birləşməyə doğru atdığınız mühüm addım kimi qiymətləndirirəm.

Qloballaşan dünyanın reallıqları sürətli inteqrasiya prosesləri ən müasir texnologiyalardan istifadə vərdişlərinə yiyələnməklə yanaşı, milli mənəvi dəyərlərin müxtəlif təsirlərə məruz qalmaq təhlükəsindən qorunmasını son dərəcə zəruri edir, gənc nəslin Azərbaycan xalqının tarixinə, dilinə, mədəniyyətinə adət-ənənələrinə ehtiram ruhunda yetişdirilməsi tələbini irəli sürür. Bugünkü gəncliyimizi yüksək mədəni-intellektual potensial, informasiya-kommunikasiya texnologiyalarından məharətlə istifadə bacarığı xalqımızın zəngin mədəni irsinə dərin bağlılıq səciyyələndirməlidir.

İnnovasiyalara maraq göstərən öz biliyi, savadı ilə Vətənimizin gələcək inkişafına töhfələr verməyə qadir olan geniş dünyagörüşlü, intellektli vətənpərvər gənc nəslin formalaşdırılması ali məqsədlərimizdəndir. Bu gün Azərbaycanın dinamik inkişaf edən ölkə kimi biliklərə əsaslanan iqtisadiyyatın qurulması informasiya cəmiyyətinin yaradılması istiqamətində qazandığı nailiyyətlər yetişməkdə olan nəslin qarşısında geniş perspektivlər açır bizim gəncliyə bəslədiyimiz ümidləri xeyli artırır.

Respublika Gənclər Təşkilatları Milli Şurasının onun ətrafında birləşən qüvvələrin dövlət müstəqilliyimizin möhkəmləndirilməsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində həyata keçirdiyi tədbirlər, apardığı əməli işlər təqdirəlayiqdir. Ölkəmizin hüdudlarından kənarda yaşayan təhsil alan azərbaycanlı gənclərlə, həmçinin digər ölkələrin gəncləri ilə əməkdaşlıq əlaqələrinizin getdikcə daha intensiv şəkil alması dərinləşməsi sevindirici haldır.

Ümidvaram ki, qurultay zamanı müzakirə edəcəyiniz məsələlərlə bağlı qəbul edəcəyiniz qərarlar Gənclər Təşkilatları Milli Şurasının öz fəaliyyətini bundan sonra da dolğun səmərəli qurması işində əhəmiyyətli rol oynayacaqdır.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 dekabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 26 dekabr.- S. 1.