Azərbaycan Respublikası
Dövlət Neft Fondunun vəsaitinin 2010- cu ildə istifadə
edilməsinin əsas istiqamətləri (proqramı)
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli Sərəncamı
ilə təsdiq edilmişdir
Əlavə 1
Azərbaycan
Respublikası Dövlət Neft Fondunun vəsaitinin 2010- cu ildə
istifadə edilməsinin əsas istiqamətləri
(proqramı)
I. Azərbaycan
Respublikası Dövlət Neft Fondununvəsaitinin xərc
istiqamətləri
1.1.
Qaçqınların və məcburi köçkünlərin
sosial-məişət və məskunlaşma məsələləri
ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi;
1.2. Dövlət büdcəsinə
transfert;
1.3. Oğuz-Qəbələ
zonasından Bakı şəhərinə yeni su kəmərinin
çəkilməsi layihəsinin maliyyələşdirilməsi;
1.4. Samur-Abşeron
suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi;
1.5. Bakı-Tbilisi-Qars
yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi;
1.6. 2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramının maliyyələşdirilməsi.
II. Azərbaycan
Respublikası Dövlət
Neft Fondunun investisiya siyasəti
2.1. Azərbaycan
Respublikası Dövlət
Neft Fondununinvestisiya siyasətinin məqsədi
2010-cu ildə
Azərbaycan Respublikası
Dövlət Neft Fondunun (bundan sonra – Neft Fondu
adlandırılacaq) investisiya
siyasətinin məqsədi
Neft Fondunda toplanan vəsaitin aşağı risk və
aşağı qiymət
dəyişkənliyi şəraitində
idarə edilməsi və bu siyasətə
uyğun olan gəlirliliyin əldə edilməsidir. Qarşıya
qoyulan məqsədə
nail olmaq üçün
2010-cu ildə Neft Fondunun vəzifəsi mühafizəkar, əsas kapitalın itirilməməsinə
və təminatlı
gəlirin əldə
edilməsinə imkan verən investisiya siyasətinin yeridilməsidir.
2.2. Neft Fondunun investisiya portfelinin proqnozlaşdırılan
həcmi
İnvestisiya portfeli – Neft Fondunun büdcəsində
təsdiq edilmiş xərclərin aparılması
üçün konvertasiya
edilərək manat hesablarına köçürülmüş
vəsait çıxıldıqdan
sonra qalan xarici valyutada ifadə olunan aktivlərdən ibarətdir.
2010-cu il
üzrə Neft Fondunun investisiya portfelinin proqnozlaşdırılan
orta çəkili vəsait həcmi (məcmu dəyəri) 10,6 milyard manata
bərabər götürülür.
İnvestisiya portfelinin məcmu
dəyəri investisiya
portfelinə daxil olan aktivlərin aylıq olaraq yenidən qiymətləndirilməsi
əsasında müəyyən
edilir.
2.3. Neft Fondunun vəsaitinin likvidliyi üzrə tələblər
Neft Fondunun vəsaitinin likvidlik dərəcəsi
Fondun büdcə xərcləri üzrə
planlaşdırılan pul
və digər köçürmələrinin tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün yetərli
səviyyədə saxlanılmalıdır. Bu səviyyəni
təmin etmək məqsədilə Neft Fondunun vəsaitinin 100 milyon ABŞ dollarından az olmayan
hissəsi nağd vəsait və ya onun ekvivalentlərində
saxlanmalıdır. Bu vəsaitin
həcminin göstərilən
məbləğdən az olması halı 7 təqvim günündən çox
davam etməməlidir.
2.4. Neft Fondunun investisiya portfelinin valyuta tərkibi (səbəti) üzrə tələblər
ABŞ dolları Neft Fondunun investisiya portfelinin baza valyutası müəyyən
edilir.
Neft Fondunun investisiya portfelinin məcmu dəyərinin:
- 50 faizi
ABŞ dollarında ifadə
olunan aktivlərə;
- 40 faizi
AVRO-da ifadə olunan aktivlərə;
- 5 faizi İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə yerləşdirilir.
Neft Fondunun investisiya portfelinin məcmu dəyərinin 5 faizi isə “A” (Standart and Purz, Fiç) və ya “A2” (Mudiz) kredit reytinqindən
aşağı olmayan
uzunmüddətli ölkə
(suveren borc) reytinqinə malik olan ölkələrin valyutalarında və ya ABS dollarında və ya xüsusi
çəkidəki mütənasiblik
əsasında bölüşdürülərək
ABŞ dolları, AVRO və
İngiltərə funt
sterlinqində ifadə
olunan aktivlərə yerləşdirilə bilər.
2.5. Risklərin
idarə olunması üzrə tələblər
Faiz dərəcəsi riski - Neft Fondunun investisiya
portfelinin faktiki ortaçəkili investisiya
müddəti (durasiyası)
dünya bazarlarındakı
cari vəziyyətdən
asılı olaraq Fond
tərəfindən müəyyən
edilir və 48 ayı üstələməməlidir.
Kredit riski - Neft Fondunun
valyuta vəsaiti yalnız investisiya kredit reytinqli aktivlərdə və ya investisiya kredit reytinqli emitentlərin qiymətli kağızlarında yerləşdirilə
bilər.
Bir maliyyə qurumunun (depozitar banklar istisna olmaqla) və ya bir
investisiya aktivinin investisiya portfelindəki maksimal xüsusi çəkisi investisiya portfelinin məcmu dəyərinin 15 faizi həddində müəyyən
edilir.
2.6. Neft Fondunun valyuta vəsaitinin xarici menecerlərinidarə edilməsinə
verilməsi üzrə
tələblər
Xarici menecerlərin
idarə edilməsinə
verilən vəsaitin həcmi aşağıdakı
kimi müəyyən
edilir:
- xarici menecerlərə
idarəetməyə verilən
vəsaitin ümumi həcmi – investisiya portfelinin məcmu dəyərinin 60 faizindən
artıq olmayan hissəsi;
- bir xarici menecerə idarəetməyə
verilən vəsaitin maksimal həcmi - investisiya portfelinin məcmu dəyərinin 15
faizindən artıq olmayan hissəsi.
Neft Fondunun vəsaitinin idarə edilməsinə cəlb edilən xarici menecerlərin investisiya siyasəti Neft Fondu ilə
bu menecerlər arasında bağlanan investisiya sazişində əks etdirilməlidir.
2.7. İnvestisiya
portfelinin idarə edilməsininproqnozlaşdırılan gəlirlilik səviyyəsi
Neft Fondunun investisiya portfelindəki aktivlərin
(investisiya portfelinin idarəetmə xərcləri
çıxılmaqla) idarə
edilməsinin hədəf
gəlirliliyi (bençmark)
kimi Britaniya Bankirlər Assosiasiyası
tərəfindən müvafiq
valyuta üzrə dərc edilmiş 3 (üç) aylıq LIBOR faiz dərəcəsi götürülür.
2.8. Neft Fondunun valyuta vəsaitininidarə edilməsi
üzrə məhdudiyyətlər
Neft Fondunun valyuta vəsaiti Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 19
iyun tarixli 511 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət
Neft Fondunun valyuta vəsaitinin saxlanması, yerləşdirilməsi
və idarə edilməsi haqqında Qaydalar”da nəzərdə
tutulan investisiya aktivləri və onların əldə edilməsi üçün
zəruri əməliyyatların
aparılması istisna
olmaqla, başqa istiqamətlərə, o cümlədən
qiymətli metalların
və daşların,
hər hansı daşınmaz əmlakın,
malların alınmasına
investisiya edilə bilməz.
Neft Fondunun valyuta vəsaiti bu Əlavənin 2.4. bəndində
göstəriləndən başqa
valyutaların alınmasına
yalnız həmin valyutaların ABŞ dollarına
qarşı məzənnə
dəyişkənliyi riskinin
sığortalanması (hec)
şərti ilə investisiya edilə bilər.
Neft Fondunun valyuta vəsaiti idarə edilərkən valyuta arbitrajı, svop, forvard, fyüçers, opsion tipli törəmə
qiymətli kağızlarla
əməliyyatlar yalnız
maliyyə bazarlarında
əməliyyatların aparılması
zamanı qiymətin, yaxud məzənnənin dəyişməsi ilə
əlaqədar mümkün
riskin minimuma endirilməsi (hecinq) və ya investisiya
portfelinin valyuta tərkibinin və aktivlər strukturunun optimallaşdırılması məqsədilə
həyata keçirilə
bilər.
Azərbaycan.- 2009.- 26 dekabr.- S. 4.