Bakıda Respublika Perinatal Mərkəzi istifadəyə verilmişdir

 

 Dekabrın 28-də Bakıda Respublika Perinatal Mərkəzi istifadəyə verilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Mərasim iştirakçıları dövlət başçısını xanımını hərarətlə qarşıladılar.

Mehriban xanıma gül dəstəsi təqdim olundu.

Əhalinin sağlamlığının etibarlı qorunması Azərbaycan dövlətinin qarşıya qoyduğu prioritet vəzifələrdən biridir. Son illərdə ölkədə səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi infrastrukturun yeniləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Dövlət başçısının təşəbbüsü ilə bu sahədə həyata keçirilən layihələr ilk növbədə insanların sağlamlığının qorunması işinə xidmət edir. Ölkəmizdə ana uşaqların sağlamlığının qorunması istiqamətində böyük işlər görülür bu sahədə mühüm layihələr həyata keçirilir.

Prezident İlham Əliyevin tapşırığına əsasən qəbul olunmuş "Ana uşaqların sağlamlığının qorunmasına dair tədbirlər Proqramı"na uyğun olaraq paytaxtda yaradılmış Respublika Perinatal Mərkəzi bu baxımdan diqqət çəkir.

Ana uşaqların sağlamlığının qorunması Heydər Əliyev Fondunun da fəaliyyətinin prioritet sahələrindən biridir. Fondun prezidenti Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü ilə həyata keçirilən tədbirlər genefondun qorunmasına, bu sahədə mövcud problemlərin əsaslı surətdə həllinə yönəldilmişdir. Respublika Perinatal Mərkəzi isə ana olmağa hazırlaşan qadınlara, o cümlədən dünyaya yenicə göz açan körpələrə yüksək ixtisaslı diaqnostik, konsultativ müalicə yardımı göstərən yeni tipli səhiyyə müəssisəsidir. Mərkəzin binası ən son tələblərə cavab verən tibb müəssisəsi kimi layihələşdirilərək yenidən qurulmuşdur.

Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva mərkəzlə tanış oldular.

Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, mərkəz dövlət proqramında nəzərdə tutulan yaxın vaxtda istifadəyə veriləcək daha 6 regional perinatal mərkəzə təşkilati-metodik rəhbərlik göstərməklə yanaşı, ana olmağa hazırlaşan qadınlara körpələrə tibbi yardım göstərən müəssisələrin fəaliyyətini əlaqələndirəcəkdir. Eyni zamanda, bu mərkəzdə yüksək risk qrupuna daxil olan hamilə qadınlara konsultativ-diaqnostik yardım göstəriləcəkdir. Tibb müəssisəsində biokimyəvi genetik analizlər aparmaq üçün ən müasir şərait yaradılmışdır.

Dövlətimizin başçısı xanımı cərrahiyyə reanimasiya şöbələri ilə tanış oldular. Reanimasiya şöbəsindəki kardiomonitorların hamısı kompüter mərkəzinə qoşulmuşdur. Mərkəzdə hər bir xəstənin məlumat bazası yerləşdiriləcəkdir.

Prezident İlham Əliyev mərkəzdə yaradılmış konfrans zallarına da baxdı.

Bildirildi ki, 120 çarpayılıq Respublika Perinatal Mərkəzində ən müasir tibbi avadanlıq cihazlarla təchiz olunan hamiləliyin patologiyası, anesteziologiya reanimasiya, yeni doğulmuşların intensiv terapiyası, konsultativ məsləhət digər şöbələr vardır. Mərkəzdə çalışacaq həkim orta tibb işçiləri müsabiqə yolu ilə seçilmişlər.

Beləliklə, bu tibb müəssisəsinin yaradılması ilə ana olmağa hazırlaşan qadınlara körpələrə tibbi yardımın keyfiyyəti daha da yaxşılaşdırılacaq, ana uşaq sağlamlığının qorunması işi yeni səviyyəyə qaldırılacaqdır.

Mərkəzin fəaliyyəti ilə tanış olan dövlətimizin başçısı səhiyyə ocağının tibbi heyəti ilə görüşdü, onları təbrik edərək dedi:

- Bir daha sizi ürəkdən təbrik edirəm. Burada ən gözəl şərait yaradılıb, bütün imkanlar vardır. Bu il Azərbaycanda "Uşaq ili" elan edilmişdir il başa çatır. İl ərzində müxtəlif tədbirlər keçirilib. O tədbirlərin içində bu Perinatal Mərkəzin açılışı xüsusi yer tutur. Uşaqların sağlam böyüməsi üçün ilk növbədə uşaqlar doğulan zaman onlara yaxşı baxılmalıdır. Hər bir insanın həyatı doğum evindən başlayır.

Azərbaycanda uşaqlara diqqət, qayğı həmişə yüksək səviyyədə olub. Belə gözəl tibbi müəssisələrin yaradılması Azərbaycan dövlətinin bu sahəyə verdiyi əhəmiyyəti bariz şəkildə göstərir.

Ümumiyyətlə, ölkəmizdə 2009-cu ildə çoxsaylı tibb məntəqələri açılmışdır, tibb ocaqları, müalicə-diaqnostika mərkəzləri, Talassemiya Mərkəzi, uşaq xəstəxanaları istismara verilmişdir. Bakıda bütün rayonlarımızda bu sahəyə çox böyük diqqət göstərilir. "Uşaq ili"nin sonunda yeni, müasir Perinatal Mərkəzin istifadəyə verilməsi rəmzi xarakter daşıyır.

Biz hamımız yaxşı xatırlayırıq ki, bu bina hansı vəziyyətdə idi. Çox bərbad vəziyyətdə idi, köhnəlmişdi. Xarici görünüşü müasir Bakımızın simasına tamamilə zidd idi. Həm xarici görünüşü gözəlləşdi, həm ən önəmlisi, burada yaradılan şərait, avadanlıq, gözəllik böyük zövqlə yenidən qurulan bu bina əminəm ki, Azərbaycanın səhiyyə sisteminin gələcək inkişafı üçün öz vacib rolunu oynayacaqdır.

Bu mərkəzdə çalışan bütün insanlara uğurlar diləyirəm, uşaqlara yaxşı baxın. Uşaqlar burada yaxşı, sağlam doğulsunlar, böyüsünlər Azərbaycan dövlətinin gələcək inkişafında öz rolunu oynasınlar.

Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edirəm. Sizə cansağlığı, yeni uğurlar arzulayıram.

Tibb işçiləri Prezident İlham Əliyevə minnətdarlıq etdilər.

Sonda dövlətimizin başçısı və xanımı mərkəzin kollektivi ilə xatirə şəkli çəkdirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 29 dekabr.- S. 1, 2.