Azərbaycan Respublikası Dövlət
Neft Fondunun 2010-cu il büdcəsinin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli
Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə"yə
və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr
tarixli 579 nömrəli Fərmanı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikası Dövlət Neft
Fondunun illik gəlir və xərclər proqramının
(büdcəsinin) tərtibi və icrası Qaydaları"na
uyğun olaraq qərara alıram:
1. Azərbaycan
Respublikası Dövlət Neft Fondunun 2010-cu il büdcəsinin
gəlirləri 5 963 126,7 min manat, xərcləri 5 428 431,2 min
manat məbləğində təsdiq edilsin.
2. Müəyyən
edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun
2010–cu il büdcəsinin gəlirləri
aşağıdakı daxilolmalar hesabına formalaşır:
¹ Gəlir mənbələri Gəlirlərin məbləği
(min manat)
1. Azərbaycan
Respublikasının payına düşən karbohidrogenlərin
satışından əldə edilən xalis gəlirlər
(karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər,
bank, gömrük rəsmiləşdirilməsi, müstəqil
nəzarət (sörveyer), marketinq və sığorta xərcləri
çıxılmaq şərti ilə, habelə Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri,
payçısı və ya tərəfdaşı olduğu
layihələrdə onun sərmayəsinə və ya
iştirak payına düşən gəlirlər istisna
olmaqla) 5 564 476,9
2. Neft-qaz layihələrinin
həyata keçirilməsi ilə əlaqədar Azərbaycan
Respublikasının payına düşən dividendlər
(BTC layihəsi üzrə) 155 813,8
3. Fondun aktivlərinin
yerləşdirilməsindən və idarə olunmasından əldə
edilən gəlirlər 241 936,0
4. Digər gəlirlər
və daxilolmalar 900,0
Cəmi 5 963 126,7
3. Müəyyən
edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun
2010-cu il büdcəsinin xərcləri
aşağıdakı məqsədlərə yönəldilir:
¹ Xərc istiqamətləri Xərclərin məbləği
(min manat)
1.
Qaçqınların və məcburi köçkünlərin
sosial-məişət və məskunlaşma məsələləri
ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi
80 000,0
2. Azərbaycan
Respublikasının 2010-cu il
dövlət büdcəsinə
transfert 4 915 000,0
3. Oğuz-Qəbələ
zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi
layihəsinin maliyyələşdirilməsi
200 000,0
4. Samur Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi 110 000,0
5. Bakı-Tbilisi-Qars yeni dəmir
yolu layihəsinin maliyyələşdirilməsi 80 000,0
6. 2007-2015-ci illərdə
Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramının
maliyyələşdirilməsi 10 000,0
7. Azərbaycan
Respublikası Dövlət
Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 33 431,2
Cəmi 5 428 431,2
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
25 dekabr 2009-cu il.
Azərbaycan.- 2009.- 26 dekabr.- S. 4.