Azərbaycan Respublikası Dövlət Neft Fondu işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

29 dekabr 1999-cu il tarixində ulu öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Neft Fondu yaradılmışdır. Ötən 10 il ərzində Dövlət Neft Fondu beynəlxalq səviyyədə tanınmış quruma çevrilərək Azərbaycan dövlətinin strateji valyuta ehtiyatlarının səmərəli və şəffaf idarəedilməsini uğurla həyata keçirir.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər:

 

Bayramov Müşviq Binyət oğlu

Fərzəliyev İlham Rəfayıl oğlu

Həsənova Səbinə Ələskər qızı

Lütfəliyeva Sevinc Kamil qızı

Məmmədov Rauf Əhmədoviç

Mövsümov Şahmar Arif oğlu

Muinova Anjelika Nikolayevna

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 30 dekabr.- S. 1