"Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

"Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №3 (I kitab), maddə 147) aşağıdakı dəyişikliklər edilsin:

1. 5-ci maddə çıxarılsın;

2. 6-cı maddə üzrə:

2.1. 2-ci bənddə "tanınmayan meyitlərə görə insan" sözləri "naməlum meyitlərin" sözləri ilə əvəz edilsin;

2.2. 5-ci bənddə "istintaqı" sözü "araşdırılması, habelə inzibati xətaların qarşısının alınması, aşkar edilməsi və baxılması" sözləri ilə əvəz edilsin;

3. 8-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"Aşağıdakı şəxslər məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilir:

1) müddətli həqiqi hərbi xidmətə çağırılan Azərbaycan Respublikası vətəndaşları;

2) sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat heyətinin üzvləri;

3) mədən və şaxtalarda işləyənlər;

4) dənizdə işləyən, habelə dənizdəki obyektlərə ezam olunan əməkdaşlar;

5) şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, səhhətinə ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər vətəndaşlığı olmayan şəxslər;

6) Azərbaycan Respublikasında müvəqqəti ya daimi yaşayan əcnəbilər vətəndaşlığı olmayan şəxslər;

7) cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən ya məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər vətəndaşlığı olmayan şəxslər;

8) müvafiq qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmalı olan əcnəbilər vətəndaşlığı olmayan şəxslər;

9) Azərbaycan Respublikasında siyasi sığınacaq almaq, habelə qaçqın statusu əldə etmək barədə vəsatət vermiş şəxslər.

Naməlum meyitlər məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilməlidirlər.";

4. 10-cu maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"Bu qanunun 8-ci maddəsində göstərilən şəxslərin məcburi dövlət daktiloskopik qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır.

Müvafiq icra hakimiyyəti orqanları tərəfindən alınmış daktiloskopik məlumatın maddi daşıyıcılarının nüsxəsi vahid massivdə saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanına göndərilir.

Göndərilən nüsxədə aşağıdakılar qeyd olunmalıdır:

1) məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilmiş şəxsin fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, vətəndaşlığı, cinsi, doğulduğu yer tarix, şəxsin yaşadığı ya olduğu yer üzrə qeydiyyatı haqqında məlumatlar;

2) dövlət daktiloskopik qeydiyyatının aparılmasının əsası tarixi;

3) daktiloskopik məlumatı hazırlamış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının adı.";

5. 11-ci maddənin üçüncü hissəsində "Bu qanunun 10-cu maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən orqanlar" sözləri "Müvafiq icra hakimiyyəti orqanları" sözləri ilə əvəz edilsin;

6. 12-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"Maddi daşıyıcılarda əksini tapmış daktiloskopik məlumatlar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında aşağıdakı müddətdə saxlanılır:

1) bu qanunun 8-ci maddəsinin birinci hissəsinin 1-ci, 5-9-cu bəndlərində göstərilən şəxslər haqqında məlumatlar (14-cü maddədə qeyd edilmiş hallar istisna edilməklə) onlar səksən yaşına çatana qədər və ya ölüm faktı müəyyən edilənədək;

2) bu qanunun 8-ci maddəsinin birinci hissəsinin 2-4-cü bəndlərində göstərilən şəxslər haqqında məlumatlar onların müvafiq müəssisə və təşkilatlarda işlədikləri (müvafiq fəaliyyətlə məşğul olduqları) müddətdə;

3) naməlum meyitlər haqqında məlumatlar onların şəxsiyyəti müəyyən edilənə qədər (lakin on beş ildən çox olmamaqla).";

7. 14-cü maddə üzrə:

7.1. İkinci hissədə "1-ci" rəqəmi "5-ci" rəqəmi ilə əvəz edilsin;

7.2. üçüncü hissə aşağıdakı redaksiyada verilsin:

"Bu qanunun 8-ci maddəsinin birinci hissəsinin 7-ci bəndində göstərilən şəxslər haqqında daktiloskopik məlumatlar onlar barəsində aparılan cinayət təqibinə bəraətverici əsaslarla xitam verildikdən və ya məhkəmənin bəraət hökmü qanuni qüvvəyə mindikdən, habelə inzibati xətalar haqqında işlər üzrə icraata xitam verildikdən (inzibati məsuliyyətə cəlb etmə müddətlərinin başa çatması ilə əlaqədar icraata xitam verildiyi hallar istisna olmaqla) sonra 30 gündən gec olmayaraq məhv edilir".;

8. 17-ci maddənin birinci hissəsində "Bu qanunun 10-cu maddəsində göstərilən orqanların" sözləri "Müvafiq icra hakimiyyəti orqanlarının" sözləri ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 oktyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 29 dekabr.- S. 3.