"Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında", "İmmiqrasiya haqqında", "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında", "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

"Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında", "İmmiqrasiya haqqında", "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında", "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 26 noyabr tarixli 923-IIIQD nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında", "İmmiqrasiya haqqında", "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında", "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetininmüvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında", "İmmiqrasiya haqqında", "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında", "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398.1.6-cı maddəsində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti nəzərdə tutulur;

2.2. "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 7.5.1-1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir.

3. "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 106 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 2, maddə 89; 2002-ci il, ¹ 8, maddə 478; 2004-cü il, ¹ 1, maddə 19) 2-ci bəndinin ikinci abzasında "Dövlət Sərhəd Xidməti" sözlərindən sonra ", Dövlət Miqrasiya Xidməti" sözləri əlavə edilsin.

4. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹8, III kitab, maddə 612; 2001-ci il, ¹ 7, maddə 462, ¹ 10, maddə 640, ¹ 12, maddə 755; 2002-ci il, ¹ 1, maddə 49, ¹ 5, maddələr 260, 275, ¹ 8, maddələr 478, 484, 486; 2003-cü il, ¹ 6, maddə 299, ¹ 8, maddə 434, ¹ 9, maddə 478, ¹ 10, maddələr 546, 547, 560, 571, 582; 2004-cü il, ¹ 1, maddələr 19, 26, ¹ 3, maddələr 138, 141, ¹ 4, maddə 235, ¹ 5, maddələr 340, 341, 343, 345, 346, ¹ 8, maddələr 607, 608, ¹ 11, maddə 909, ¹ 12, maddə 1005; 2005-ci il, ¹ 2, maddələr 67, 69, ¹ 4, maddələr 299, 303, ¹ 8, maddə 702, ¹ 9, maddələr 801, 802, ¹12, maddə 1101; 2006-cı il, ¹ 2, maddə 83, ¹ 4, maddələr 321, 322, ¹ 5, maddə 407, ¹ 7, maddə 590, ¹ 8, maddələr 662, 663, 674, 675, 679, ¹ 9, maddə 743, ¹ 11, maddələr 942, 945; 2007-ci il, ¹ 1, maddə 11, ¹ 2, maddə 87, ¹ 3, maddə 230, ¹ 7, maddə 715, ¹ 8, maddələr 767, 769, ¹ 11, maddələr 1110, 1116, 1120, ¹ 12, maddə 1227; 2008-ci il, ¹1, maddə 7, ¹ 3, maddə 186, ¹¹ 6, maddə 504, ¹ 8, maddə 713, ¹ 10, maddə 894, ¹ 11, maddə 969, ¹ 12, maddələr 1060, 1061, 1062, 1065; 2009-cu il, ¹ 3, maddə 163, ¹ 4, maddə 226, ¹ 5, maddə 330, ¹ 7, maddələr 532, 535, 539, 540, 542, ¹ 9, maddə 688) aşağıdakı məzmunda 2.39-cu və 2.40-cı bəndlər əlavə edilsin:

"2.39. həmin məcəllənin 398.1.6-cı maddəsində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti nəzərdə tutulur;

2.40. həmin məcəllənin 457.2-ci, 457.2-1-ci, 457.4-cü maddələrində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə, həmçinin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti nəzərdə tutulur.".

5. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 773 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹8, maddə 493; 2008-ci il, ¹3, maddə 168; 2009-cu il, ¹1, maddə 11, ¹5, maddə 331, ¹ 7, maddə 532) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasına immiqrasiya haqqında vəsatətə baxılması Qaydaları"na aşağıdakı əlavələr edilsin:

1.1. 1-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Vəsatət şəxsin Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazəsinin müddətinin bitməsinə azı 3 ay qalmış verilməlidir.";

1.2. 8-ci bəndə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:

"Uzadılma barədə vəsatət daimi yaşamaq üçün icazənin müddətinin bitməsinə azı 3 ay qalmış verilməlidir.".

6. "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 438 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 8, maddə 664, ¹ 12, maddə 1034; 2008-ci il, ¹ 10, maddə 895) 3-cü bəndinə aşağıdakı məzmunda 3.8-ci yarımbənd əlavə edilsin:

"3.8. həmin qanunun 7.5.1-1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir.".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 dekabr 2009-cu il

 

Azərbaycan.- 2009.-29  dekabr.- S. 3.