Dünya azərbaycanlılarının lideri

 

Tarix zaman-zaman Azərbaycan xalqını ağır sınaqlara çəksə , xalqımız öz mənliyini, milliliyini itirməyib, dünya sivilizasiyasına dəyərli töhfələr verərək daha da zənginləşdirib. Təkcə Gülüstan Türkmənçay müqavilələrindən sonra müxtəlif dövrlərdə azərbaycanlılar düçar olduqları məhrumiyyətlər, haqsızlıqlar digər səbəblərdən dünyanın müxtəlif ölkələrinə səpələniblər. Xüsusən sovet əsarətindən sonra soydaşlarımızın bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, bir-birindən ayrı düşüb.

Mühacirət həyatı sürən azərbaycanlılar həmişə milli dəyərlərini qoruyub, Vətən arzusu ilə yaşayıblar. Yalnız Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra dünyaya səpələnmiş soydaşlarımızın özlərinin həm siyasi, həm mənəvi potensiallarını Vətən uğrunda birləşdirmələrinə, səfərbər etmələrinə imkan yarandı. Xüsusən Ermənistanın ölkəmizə qarşı təcavüzünün açıq müstəviyə çıxdığı, ermənilərin dünyada anti-Azərbaycan təbliğatı apardıqları bir vaxtda müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın həmrəyliyinin gücləndirilməsi, Azərbaycan lobbisinin fəaliyyətinin artırılması, diaspor quruculuğu məsələləri aktuallıq kəsb etməyə başladı. Bu məsələdə uzaqgörənlik nümayiş etdirən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan MR Ali Məclisinin "Dünya azərbaycanlılarının həmrəylik birlik günü haqqında" 1991-ci il 16 dekabr tarixli qərarına əsasən dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi. Daha sonra isə bu bayramın bütün ölkədə qeyd olunması üçün Azərbaycan Respublikasının Ali Soveti qərar qəbul etdi. Dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması milli diasporun formalaşmasında, xarici ölkələrdə Azərbaycan lobbisinin inkişafında mühüm rol oynadı.

Heydər Əliyevin 1993-cü ildə xalqın yekdil arzusu ilə hakimiyyətə qayıdışından sonra ölkədə davamlı sabitlik iqtisadi tərəqqinin əsası qoyulmaqla yanaşı, milli birliyə nail olundu, azərbaycançılıq anlayışı milli təfəkkür tərzinə çevrildi, Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli iftixar, mənəvi dayaq güvənc yeri oldu. Ən yeni tariximizdə dünya azərbaycanlılarının milli həmrəyliyinə nail olunması ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən biridir.

Azərbaycanlıların həmrəyliyinin həm ölkəmiz üçün, həm dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün xüsusi əhəmiyyət kəsb etdiyini düzgün dəyərləndirən ulu öndər xaricdəki azərbaycanlıların birliyi təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlayırdı. Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirir, onların problem qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. "Harada olursa olsun, azərbaycanlıların birlikdə, bərabər olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində bütün qüvvələri toplayaq. Eyni zamanda Azərbaycandan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini toplamalıdırlar. Ayrı-ayrı qüvvələrin, qrupların arasında fikir müxtəlifliyi ola bilər. Bu, təbii haldır. Ancaq Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa fikirləri kənara qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir" - deyə ulu öndər bildirmişdi.

2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən dünya azərbaycanlılarının birinci qurultayı milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvələrindən biri oldu. Ümummilli lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı sərəncama əsasən keçirilmiş bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət birliklərinin fəaliyyətinin gücləndirilməsi əlaqələndirilməsi üçün şərait yaratdı.

Bu qurultayın keçirilməsi milli idealların, azərbaycançılıq ideyalarının gerçəkləşməsi yolunda mühüm addım idi. Qurultay həm müstəqil Azərbaycanın eləcə bütün dünya azərbaycanlılarının həyatında tarixi ictimai-siyasi hadisə kimi yadda qaldı. Qurultayda ən yaddaqalan məqam isə ümummilli lider Heydər Əliyevin proqram xarakterli çıxışı oldu. Ulu öndər dünya azərbaycanlıları arasında milli birliyin həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi, Azərbaycan dilinin milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, inkişaf etdirilməsi zərurəti ilə bağlı tövsiyə xarakterli fikirlərini söylədi.

Birinci qurultaydan sonra diaspor təşkilatlarının fəaliyyətində canlanma yarandı, soydaşlarımızın cəmləşdiyi cəmiyyətlər dünyanın hər yerində daha aktiv fəaliyyət göstərməyə başladılar. Diaspor hərəkatı sahəsində dövlət siyasətini daha səmərəli həyata keçirmək üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (indiki Diasporla İş üzrə Dövlət Komitəsi) yaradıldı. Komitənin yaradılması xaricdəki Azərbaycan cəmiyyətlərinin, birliklərinin dərnəklərinin fəaliyyətinin vahid mərkəzdən koordinasiyasına, habelə onların dövlət qayğısı ilə əhatə olunmasına geniş imkanlar açdı. Milli Məclis "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikasının Qanununu qəbul etdi. Dövlət komitəsinin yaradılması qanunun qəbulu dünya azərbaycanlılarının milli birliyi təşkilatlanması prosesini daha da sürətləndirdi, soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin genişləndirilməsini təmin etdi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına stimul verdi.

Ulu öndər Heydər Əliyevin milli birlik azərbaycançılıq ideyalarını onun siyasi məktəbinin ən layiqli yetirməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısı diaspor quruculuğu işini daim xüsusi diqqət mərkəzində saxlayaraq müxtəlif ölkələrə səfərləri çərçivəsində soydaşlarımızla görüşlər keçirib, milli həmrəyliyimizin möhkəmlənməsinə öz töhfələrini verib, bu sahədə məqsədyönlü fəaliyyətin ideoloji-siyasi konturlarını müəyyənləşdirib. Büdcədən diaspor quruculuğuna ayrılan vəsaitlərin ildən-ilə artırılması da milli həmrəyliyə yüksək diqqət qayğının bariz nümunəsi kimi diqqəti çəkir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir.

Prezident İlham Əliyev bir neçə dəfə ölkə diplomatlarının iştirakı ilə Xarici İşlər Nazirliyində keçirdiyi geniştərkibli müşavirələrdə diaspor quruculuğu işini xarici siyasət sahəsində prioritet istiqamətlərdən biri kimi qiymətləndirib bu fəaliyyətin daha da gücləndirilməsinin vacibliyini önə çəkib.

Prezident İlham Əliyevin 8 fevral 2006-cı il tarixli sərəncamı ilə 2006-cı il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II qurultayının keçirilməsi diaspor quruculuğu işinə milli həmrəyliyimizin möhkəmlənməsinə yeni təkan verməklə ötən illərin əlamətdar hadisələrindən biri kimi yadda qalıb. Dövlətimizin başçısı dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfələrlə, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə çalışmaqla, milli birliyə xidmət edən addımları ilə bütün dünya azərbaycanlılarının dərin rəğbətini qazanıb.

Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Həmrəylik Günü ölkəmizdə Azərbaycan diasporu tərəfindən dünyanın müxtəlif ölkələrində əziz bayram kimi təntənə ilə qeyd edilir. Çünki bu bayram ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızın həmvətənlərimizin Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin həmrəyliyin yaradılması işində mühüm rol oynamaqdadır. Fərəhli haldır ki, Həmrəylik Gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin ölkəmizdə doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri qeyd edirlər.

 

 

Azərbaycan.- 2009.- 31 dekabr.- S. 3.