Sudan Respublikasının
Prezidenti zati-aliləri
cənab Ömər Həsən Əhməd əl-Bəşirə
Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Sudan arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost Sudan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 10 dekabr 2009-cu il
Azərbaycan.- 2009.- 31 dekabr.- S. 2.