Kuba Respublikası
Dövlət Şurasının
və Nazirlər Şurasının sədri
zati-aliləri cənab
Raul Kastro Rusa
Hörmətli cənab Sədr!
Kuba Respublikasının milli bayramı - Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Əminəm ki, Azərbaycan-Kuba dövlətlərarası münasibətlərinin inkişafı, dostluq və əməkdaşlıq əlaqələrimizin genişlənməsi daim xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 10 dekabr 2009-cu il
Azərbaycan.- 2009.- 31 dekabr.- S. 2.