Heydər Əliyev
Fondunun Rusiya
Federasiyasındakı nümayəndəliyi Qurban
bayramı münasibətilə tədbir keçirib
Noyabrın 28-də
Heydər Əliyev Fondunun Rusiya
Federasiyasındakı nümayəndəliyi Moskvada
Rusiya Müftiləri Şurası ilə
birlikdə müqəddəs Qurban
Bayramı münasibətilə xeyriyyə tədbiri keçirmişdir.
Fondun və Şuranın
nümayəndələri 43 nömrəli
ixtisaslaşdırılmış uşaq
evinə, azərbaycanlı və rus
müharibə veteranlarının yaşadıqları evlərə
qurban əti paylamışlar.
Uşaq evinin rəhbərliyi Heydər Əliyev Fondunun Rusiya
Federasiyasındakı Nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya və qurumun
nümayəndələrinə uşaqlara
göstərilən qayğı və diqqətə görə
dərin minnətdarlığını bildirmiş,
bu xeyriyyə tədbirini humanizm,
mərhəmət və qayğı aksiyası kimi
qiymətləndirmişdir. Qeyd edilmişdir ki, aksiya yüksək mənəvi ideallara gözəl nümunədir və mənəvi
əlaqələrimizi möhkəmləndirir.
Böyük Vətən müharibəsinin
veteranları da yada
salındıqları üçün hər
iki quruma minnətdarlıqlarını
bildirmişlər.
Azərbaycan. - 2009.- 2 dekabr.- S. 1.