Vaşinqtonda islam dünyasına
həsr olunmuş sərgidə Azərbaycan incəsənətinə
aid kolleksiya da təqdim edilmişdir
Smitson İnstitutunun təşkilatçılığı ilə Vaşinqtonun Kolumbiya Dairəsində Azərbaycan da daxil olmaqla, islam dünyasına həsr olunmuş "Freer" Sərgi Qalereyası keçirilir.
Sərgi təşkilatçıları bildirmişlər ki, ekspozisiyada IX-XX əsrləri əhatə edən 2200-dən artıq incəsənət nümunəsi və tarixi eksponatlar nümayiş olunur.
Ziyarətçilərə IX-XIII əsrlərdə ərəb xilafəti dövründə Azərbaycan, İran və digər ərazilərdə formalaşan incəsənəti özündə təcəssüm etdirən böyük bir keramika kolleksiyası təqdim olunur.
Sərgidə, həmçinin Misir və Suriya metal işləmələri, İran, ərəb dünyası və Türkiyədən gətirilən Quran topluları, eyni zamanda, ərəb xilafətinin tərkibində olmuş ərazilərdən gətirilən illüstrasiyalı və miniatür əlyazmalar da nümayiş etdirilir.
Jurnalistlərin suallarını cavablandırarkən ziyarətçilər bildirmişlər ki, belə sərgilər islam barədə daha dolğun təəssürat yaratmağa, islamın əsasları, tarixdəki izi, eyni zamanda, incəsənət və coğrafiya sahəsində məlumatların çatdırılmasına xidmət edir.
AzərTAc
Azərbaycan.- 2009.- 2 dekabr.- S. 7.