Bu ilin on ayında sənaye məhsulu istehsalı 7,4 faiz artmışdır

 

Dövlət Statistika Komitəsindən bildirmişlər ki, yanvar-oktyabr aylarında iqtisadiyyatın sənaye bölməsində təsərrüfat subyektləri tərəfindən 17,7 milyard manatlıq ya ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz çox məhsul istehsal edilmiş xidmətlər göstərilmişdir.

Əsas sənaye məhsullarından xam neftin hasilatı 12,1 faiz artaraq 42,3 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 2,8 faiz artaraq 13,5 milyard kubmetr olmuşdur.

Sənaye məhsulunun beşdə dörd hissəsi özəl bölmənin payına düşmüş, ümumi istehsalın 92,7 faizi sənaye mallarının (əmtəələrin), 7,3 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranmışdır.

Hesabat dövründə məhsulun 75 faizi mədənçıxarma, 19,7 faizi emal 5,3 faizi elektrik enerjisi, qaz suyun istehsalı, bölüşdürülməsi bölmələrində istehsal edilmişdir.

İstehsal olunmuş sənaye məhsulunun tam əksəriyyəti istehlakçılara göndərilmiş, müəssisələrin anbarlarında 235,2 milyon manatlıq hazır məhsul ehtiyatı qalmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 8 dekabr.- S. 1.