Əhalinin əmanətlərinin məbləği 18 faiz artmışdır

 

Noyabrın 1-nə Azərbaycanda kredit təşkilatları tərəfindən cəlb olunmuş depozit və əmanətlərin ümumi məbləği 4261,5 milyon manat olmuşdur.

Bunun 2125,7 milyon manatı əhali tərəfindən yerləşdirilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,4 faiz çoxdur. Depozitlərin 2135,9 milyon manatı isə qeyri-maliyyə təşkilatlarının payına düşür. Qoyulan əmanətlərin 38,8 faizi manatla, 61,2 faizi isə xarici valyuta ilə olmuşdur.

Məlumatı Mərkəzi Bankın mətbuat xidməti yaymışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 11 dekabr.- S. 1.