Azərbaycan Avropa Standartlaşdırma Komitəsinin üzvü seçilmişdir

 

Gələn il yanvarın 1-dən etibarən Azərbaycan Avropa Standartlaşdırma Komitəsinin (CEN) müşahidəçi üzvü statusuna sahib olacaqdır.

Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, qurum bundan sonra CEN-in üzvü kimi Avropa standartlarının əldə edilməsi, tətbiqi, həmin standartlar əsasında milli standartların hazırlanması işini həyata keçirəcək təşkilatın texniki komitələrində iştirak edəcəkdir.

Dünya Ticarət Təşkilatına (DTT) üzvlük yolunda ölkəmizdə aparılan iqtisadi islahatlar Avropa dünya iqtisadiyyatına inteqrasiyanı təmin etməkdədir. Əsas məqsəd Azərbaycanda keyfiyyət infrastrukturunun inkişaf prioritetlərini Avropa Birliyinin bu sahədəki müvafiq qanunvericiliyinə DTT-nin tələblərinə uyğunlaşdırmaqdır. Görülən işlər Azərbaycanda qeyri-neft sektorunun ixrac potensialının artırılmasına, milli sənayenin təşviqinə, yerli istehsalçıların xarici bazarlara çıxışının təmin edilməsinə texniki maneələrin aradan qaldırılmasına təkan vermişdir.

Bu istiqamətdə görülən işlər CEN çərçivəsində daha da inkişaf edəcək, təşkilata üzv olmaqla Avropa Birliyinin texniki tənzimləmə sistemində son nailiyyətlərin əldə edilməsində müasir keyfiyyət infrastrukturunun ölkəmizdə qurulmasına geniş imkanlar açılacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 8 dekabr.- S. 4.