Tbilisidəki Azərbaycan məktəbinə Heydər Əliyev Fondunun kitab hədiyyəsi təqdim edilmişdir

 

Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Namiq Əliyev dekabrın 7-də Tbilisi şəhərindəki M.F.Axundov adına 73 nömrəli Azərbaycan ümumi məktəbinə 100-dən çox kitab təqdim etmişdir.

Diplomat bildirmişdir ki, kitablar Heydər Əliyev Fondunun hədiyyəsidir. Qurum gürcüstanlı soydaşların təhsilinə də diqqət və qayğını əsirgəmir. Fond Gürcüstandakı azərbaycandilli məktəblərin inkişafı istiqamətində bir sıra layihələr planlaşdırmışdır.

Məktəbin direktoru Salman Pirməmmədov diqqət və qayğıya görə kollektiv adından təşəkkür etmişdir. Demişdir ki, məktəb Heydər Əliyev Fondundan daim diqqət və qayğı görmüşdür. Buna görə Azərbaycan Respublikasının rəhbərliyinə, Heydər Əliyev Fonduna, onun rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk.

 

 

İslam ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Tbilisi

 

Azərbaycan.- 2009.- 8 dekabr.- S. 4.