Azərbaycan
Prezidenti İlham Əliyev Beynəlxalq Boks Assosiasiyasının prezidenti
Çinq-Kuo Vunu qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
dekabrın 10-da Beynəlxalq Boks Assosiasiyasının prezidenti
Çinq-Kuo Vunu qəbul etmişdir.
Çinq-Kuo
Vu Prezident İlham Əliyev ilə Pekin Olimpiya Oyunları zamanı görüşünü
məmnunluqla xatırladı. O, gələn
il gənclər arasında boks üzrə dünya
çempionatının Bakıda keçirilməsi ilə
bağlı Beynəlxalq Boks Assosiasiyasının İcraiyyə
Komitəsinin yekdilliklə qərar qəbul etdiyini
dedi və bu münasibətlə təbriklərini çatdırdı. Çinq-Kuo Vu ölkəmizdə bu idman növünün
inkişafı ilə bağlı Azərbaycan Boks
Federasiyasının böyük
səylər göstərdiyini vurğuladı.
Dövlət
başçısı gənclər arasında boks üzrə dünya çempionatının Bakıda
keçirilməsi ilə əlaqədar Beynəlxalq Boks Assosiasiyasının İcraiyyə Komitəsinin qərarını
yüksək qiymətləndirdi. Prezident İlham Əliyev mötəbər
idman yarışlarının
Azərbaycanda keçirilməsinin beynəlxalq
idman aləmində ölkəmizin nüfuzunun
getdikcə daha da artması baxımından əhəmiyyətini
vurğuladı.
AzərTAc
Azərbaycan.- 2009.- 11 dekabr.- S. 1.