Tovuzda Milli kitab mükafatı layihəsi təqdim edilmişdir

 

Tovuz şəhərindəki Heydər Əliyev muzeyində Milli kitab mükafatı layihəsinin təqdimat mərasimi keçirilmişdir.

Milli kitab mükafatının təsisçisi Nigar Kəngərli demişdir ki, layihənin məqsədi ictimaiyyətin diqqətini Azərbaycan ədəbiyyatına cəlb etmək, ədəbiyyatımız üçün inci hesab edilən ədəbi əsərlər yarada biləcək yeni müəllifləri aşkara çıxarmaq və stimullaşdırmaq, müasir Azərbaycan ədəbiyyatının sosial əhəmiyyətini artırmaqdır.

Milli Məclisin deputatı Qənirə Paşayeva qeyd etmişdir ki, hər bir millətin inkişafı kitabla bağlıdır kitabın təbliğ olunması vacib tədbirdir. O, layihənin yeni-yeni maraqlı əsərlərin yaranmasında böyük rol oynayacağını qeyd etmişdir.

Gənc şairlərdən Əkbər Qoşalı, Rəbiqə Nazimqızı, Vüsal Nuri, Anar Amin başqaları şeirlərini oxumuşlar.

Qənirə Paşayeva tədbir iştirakçılarına Aşıq Hüseyn Bozalqanlı, Rasim Kərimli və el şairi Həsən Mülkülünün nəfis şəkildə buraxılmış kitablarını hədiyyə etmişdir.

Mərasim iştirakçıları rayondakı N saylı hərbi hissəyə gedərək əsgər və zabitlərlə görüşmüş, onlara hədiyyələr təqdim etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 8 dekabr.- S. 5.