Sənaye məhsulları
istehsalının artım
dinamikası Azərbaycanın
dünyada iqtisadi inkişaf üzrə lider mövqeyini qoruyub saxlayır
Bu, MDB Dövlətlərarası
Statistika Komitəsinin
açıqlamasında da
əksini tapıb
İlə yekun vurulur
MDB Dövlətlərarası Statistika
Komitəsi ümumi daxili məhsul (ÜDM) və sənaye məhsulu istehsalına dair 10 aylıq göstəriciləri açıqlayıb.
Açıqlamada qeyd
olunur ki, yanvar-oktyabrda ÜDM üzrə
ən yüksək göstərici - 8,3 faiz Azərbaycanda qeydə alınıbdır.
Xatırladaq ki, Dünya İqtisadi Forumunun
"2009-2010-cu illərdə dünya ölkələrinin
rəqabət qabiliyyətli
iqtisadiyyatları haqqında
hesabat"ında da Azərbaycan iqtisadi göstəricilərinə görə
mövqeyinin xeyli möhkəmləndirildiyi bildirilirdi.
Forumun nəticələrinə əsasən,
ölkəmiz rəqabət
qabiliyyətli iqtisadiyyata
malik dövlətlər
sırasında 34-cü pillədən
13-cü pilləyə yüksəlmiş
və iqtisadi göstəricilərinə görə,
hətta bir çox inkişaf etmiş ölkələri
geridə qoymuşdur.
Bu, ilk növbədə
ölkədə düzgün
müəyyənləşdirilmiş davamlı iqtisadi siyasətin nəticəsində
mümkün olub.
Dünya
İqtisadi Forumu ilə paralel olaraq Dünya Bankının (DB) və Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) tərtib
etdikləri sahibkarlıq
fəaliyyəti üçün
əlverişli şərait
reytinqi də ("Biznesin aparılması-2010: çətin
vaxtda islahatlar"
("Doinq Business-2010") açıqlamışdır. Bu reytinqdə isə Azərbaycan 183 ölkə arasında
38-ci yeri tutubdur. Hesabatı tərtib edən ekspertlər belə hesab edirlər ki, biznes sahəsində son islahatlar Azərbaycanda sahibkarlıq
fəaliyyəti üçün
əlverişli şərait
yaradılmasına imkan
verib.
MDB Dövlətlərarası Statistika
Komitəsinin son açıqlamasında o da bildirilir ki,
Azərbaycan MDB məkanında
yeganə ölkədir
ki, sənaye məhsulları istehsalında
artım əldə edilib. Belə ki, ötən 10 ayda respublikada sənaye məhsulları istehsalının artımı
2008-ci ilin eyni dövründəkindən 7,4 faiz
çox olub.
Azərbaycan
Respublikası Dövlət
Statistika Komitəsinin
məlumatında qeyd olunur ki, ötən
10 ayda iqtisadiyyatın
sənaye sahəsində
təsərrüfat subyektləri
tərəfindən 17,7 milyard
manatlıq məhsul istehsal edilib və xidmət göstərilib. Əsas sənaye məhsullarından
sayılan xam neftin hasilatı 12,1, əmtəəlik təbii
qaz hasilatı isə 2,8 faiz artıb.
Sənaye məhsulunun beşdə dörd hissəsi özəl bölmənin
payına düşüb,
ümumi istehsalın
92,7 faizi sənaye mallarının (əmtəələrin),
7,3 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı
hesabına yaranıb.
Sənaye istehsalında
mədənçıxarmanın çəkisi daha çox - 75 faiz təşkil edib. Emal sahəsində bu göstərici 19,7, elektrik enerjisi, qaz və suyun
istehsalı və bölüşdürülməsi bölməsində isə
5,3 faiz olub.
İstehsal edilmiş sənaye məhsullarının əksər
hissəsi istehlakçılara
çatdırılıb. Noyabrın
1-nə olan məlumata
görə, anbarlarda
235,2 milyon manatlıq hazır məhsul ehtiyatı yaranıb. Ehtiyatların daha çox
hissəsi respublikanın
iri şəhərlərinin
- 64,2 faiz Bakı, 10,5
faizi Sumqayıt, 1,5 faizi Gəncə, 1,1 faizi Şirvan və 0,9 faizi Mingəçevir şəhərinin,
qalan hissəsi isə digər rayonların sənaye məhsullarının anbarlarında
qalıb.
Sənayenin mədənçıxarma sahəsi
ölkə iqtisadiyyatı
üçün xüsusi
önəm daşıyır
və bu sahədə istehsalın həcmi 13,3 milyard olmaqla, ötən ilin müvafiq dövrünü 11,1 faiz qabaqlayıb. Yanvar-oktyabr aylarında Azərbaycan Beynəlxalq Əməliyyat
Şirkəti (ABƏŞ) tərəfindən 35,2 milyon
ton neft, 8243,6 milyon kubmetr əmtəəlik təbii
qaz hasil edilib. Müqayisə üçün qeyd edək ki, bu
ötən ilin eyni dövründən neft sahəsində 15,2 faiz, qaz istehsalında
isə 14,6 faiz çox olub. Eyni zamanda bu
sahədə fəaliyyət
göstərən müştərək
müəssisələr xam
neft hasilatını
1,3 faiz artırıb.
Sənayedə
ikinci böyük xüsusi çəkiyə
malik emal bölməsinin müəssisələri
və fərdi sahibkarları tərəfindən
3472,1 milyon manatlıq
məhsul istehsal olunub, sənaye xarakterli xidmətlər göstərilib. İstehsalın
daha çox hissəsi qida məhsullarının payına
düşüb.
Toxuculuq, tikiş, dəri, dəridən məmulatlar
və ayaqqabı istehsalı ilə məşğul olan müəssisələr tərəfindən
10 ay ərzində
66,3 milyon manatlıq məhsul istehsal edilib. Yanvar-oktyabr aylarında pambıq ipliyinin istehsalı 10,6 faiz, pambıq yataq ağlarının istehsalı 2,4 dəfə
artıb. Geyim istehsalında da yüksək artım müşahidə olunur.
Emal sənayesində ikinci böyük xüsusi çəkisi olan neft məhsullarının
istehsalı sahəsində
1098,3 milyon manatlıq
məhsul istehsal olunub. Qeyd olunan
dövr ərzində
1030,1 min ton avtomobil benzini, 521 min ton ağ
neft və digər yanacaq növləri hazırlanıb.
Avtomobil yollarının
çəkilişi üçün
mühüm əhəmiyyətə
malik olan neft bitumunun istehsalı yanvar-oktyabr aylarında 19,2 faiz artıb.
Kimya sənayesində, rezin və plastik kütlə məmulatları
istehsalı müəssisələri
tərəfindən 135,8 milyon
manatlıq məhsul istehsal edilib.
Tikinti materialları sənayesində
istehsal və göstərilmiş xidmətlərin
həcmi 8,1 faiz artıb. Bu sahədə əsas məhsullardan sayılan sement və sementdən hazırlanan məhsulların istehsalının
azalmasına baxmayaraq,
asfalt istehsalı 1,6 dəfə, tikinti kərpici 6,9 faiz, tikinti gipsi isə
0,9 faiz çox olub.
Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı
müəssisələrində 134,1 milyon manatlıq məhsul istehsal edilib, xidmət göstərilib. Sahənin
məhsullarından çuquntökmə
istehsalı 1,5 min ton, məftil istehsalı 245,3 ton olub, 1455 ədəd alüminiumdan qapı və pəncərə blokları istehsal edilib.
Maşın
və avadanlıqların
istehsalı, elektrik və elektron avadanlığı, nəqliyyat
vasitələri və
avadanlıqlarının istehsalı
sahəsində məhsul
istehsalının həcmi
134,1 milyon manat təşkil edib. 10 ayda ölkədə 494 ədəd traktor istehsal edilərək istehsalçılara satılıb.
Ötən dövrdə
7536 ədəd televizor istehsal olunmuşdur ki, bu da əvvəlki
dövrlə müqayisədə
15,6 faiz çox deməkdir.
Qeyd etdiyimiz kimi, sənayedə elektrik enerjisi, qaz və
suyun istehsalı və bölüşdürülməsi
bölməsinin xüsusi
çəkisi 5,3 faizdir.
Ötən dövr ərzində ölkədə
14,6 milyard kVt-saat elektrik enerjisi istehsal olunub ki, onun da
11,7 faizi su elektrik stansiyalarının,
88,3 faizi isə istilik elektrik stansiyalarının payına düşür.
Ölkəmizdə
istər sənaye, istərsə də digər sahələrdə
inkişafın təmin
edilməsi birbaşa vətəndaşların rifah
halının yüksəldilməsinə
xidmət edir. Ötən 10 ayda sənaye işçilərinin
orta aylıq nominal əməkhaqqı
441 manat təşkil etmişdir ki, bu da 2008-ci illin eyni dövrü ilə müqayisədə
4,6 faiz çox deməkdir. İqtisadi inkişafın yeni mərhələyə qədəm
qoyması Azərbaycanın
dünyanın qabaqcıl
ölkələri ilə
rəqabət aparmaq bacarığı ortaya qoyur, ölkənin beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirir.
Bunu son illər nüfuzlu beynəlxalq təşkilatların
hesabatlarında Azərbaycan
iqtisadiyyatının möhkəmlənən
və bazar iqtisadiyyatının inkişaf
etdirilməsi sahəsində
ciddi uğurlara imza atan ölkə
kimi səciyyələndirilməsi
də sübut edir.
R.ŞİRİNOV
Azərbaycan.-
2009.- 8 dekabr.- S. 6.