Azərbaycan-Koreya əlaqələri
müxtəlif sahələrdə uğurla
inkişaf edir
Dekabrın
15-də Milli Məclisin
Sədri Oqtay Əsədov Koreya
Respublikası Milli Məclisinin
Koreya-Azərbaycan dostluq
qrupunun üzvləri
ilə görüşmüşdür.
Sədr
demişdir ki, belə səfərlər
ölkələrimiz arasında əlaqələrin
inkişafına töhfəsini verir. Dövlət başçılarının
qarşılıqlı səfərləri zamanı bir sıra mühüm
sənədlər imzalanmış, Azərbaycan-Koreya və
Koreya-Azərbaycan biznes forumları
keçirilmişdir. Koreyanın bir neçə iri şirkəti Azərbaycanda bu
gün uğurla fəaliyyət
göstərir. Hyundai, Samsung,
LG şirkətlərini buna misal göstərmək olar. Ölkələrimiz arasında ticarət dövriyyəsi ildən-ilə
artır. Bu, yaxın gələcəkdə iqtisadi
əlaqələrimizin daha
da inkişaf edəcəyinə əminlik yaradır.
Ölkələrimiz arasında tranzit əlaqələri tarixi
köklərə əsaslanır. Belə ki,
Koreyadan başlayan qədim
və böyük "İpək
yolu" Azərbaycandan keçməklə
Şərqlə Qərbi birləşdirir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən
danışan sədr diqqətə
çatdırmışdır ki, Ermənistan qoşunlarının
işğal olunmuş
torpaqlardan qeyd-şərtsiz
çıxarılması ilə bağlı BMT Təhlükəsizlik
Şurasının və digər beynəlxaq qurumların qətnamə
və qərarlarına bədnam
qonşularımız məhəl qoymurlar.
Koreya-Azərbaycan dostluq qrupunun
sədri, Koreya Milli Məclisinin deputatı Suh Byunq Soo
bildirmişdir ki,
1990-cı illərin əvvəllərindən başlayan
diplomatik əməkdaşlığımız
genişlənməkdədir. Prezidentlərin və hökumət
nümayəndələrinin qarşılıqlı səfərləri
siyasi, iqtisadi və digər sahələrdə əlaqələrimizin
uğurla inkişafına
xidmət edir. Azərbaycanın və
Koreyanın özəl şirkətləri arasında əlaqələrin
inkişafı da məmnunluq
doğurur.
Dostluq qruplarının Azərbaycan-Koreya
əlaqələrinin, o cümlədən
parlamentlərarası əlaqələrin
inkişafına öz töhfəsini
verəcəyinə əminlik ifadə olunmuşdur.
Görüşdə qarşılıqlı
maraq doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi
aparılmışdır.
AzərTAc
Azərbaycan.-
2009.- 16 dekabr.- S. 2