"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun inkişafı tədbirləri barədə

 

Azərbaycan xalqının maddi-mədəni irsinin daşıyıcısı olan İçərişəhərin YUNESKO-nun "Dünya İrs Siyahısı"nda unikal memarlıq-şəhərsalma kompleksi kimi mövqeyinin möhkəmlənməsi tarixi simasının bərpası istiqamətində əldə edilmiş uğurlar ölkəmizdə dünya əhəmiyyətli tarixi və mədəniyyət ərazilərinin qorunub saxlanmasına göstərilən qayğı diqqətin məntiqi nəticəsidir.

Tarixi şəhərlərə xas olan turist axınının İçərişəhərə cəlb edilməsi, mövcud potensialdan səmərəli istifadə etməklə beynəlxalq standartlara cavab verən turizm infrastrukturunun yaradılması, ərazidə tarixi irsimizə uyğun şəkildə təmir-bərpa abadlaşdırma işlərinin davam etdirilməsi məqsədilə qərara alıram:

1. İçərişəhərin ərazisində uçmuş uçmaq təhlükəsi olan, tarixi-memarlıq əhəmiyyətinə malik olmayan tikililərin yerində, ənənəvi küçə şəbəkələri olduğu kimi saxlanılmaqla turizm infrastrukturu obyektlərinin qurulması, yaşayış binalarının təmiri mühəndis kommunikasiyalarının dəyişdirilməsi, ərazidə abadlaşdırma işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə 3,0 (üç) milyon manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin ayrılmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 dekabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 17 dekabr.- S. 1.