Bədii fikri
şöhrətləndirən şair
Görkəmli
Azərbaycan şairi Tofiq
Bayramın poeziyasını tədqiq edən
ədəbiyyatşünaslar həmişə eyni
bir fikirdə olurlar. Tofiq Bayram bədii fikrimizi şöhrətləndirən şairlərdəndir.
Onun poeziyası mənəviyyat üzərində yüksəlib.
Mənəvi dəyərlərə hörmət, vətən
eşqi, məhəbbətin
tərənnümü Tofiq
Bayram poeziyasının
qan damarıdır. Aşağıda unudulmaz şairin bir neçə şeirini
oxuculara təqdim edirik. 16 dekabr böyük söz ustadının həm də doğum
günüdür! Ruhu
şad olsun!
Tofiq BAYRAM
Ay anam Bakı!
Üzünə
şəfəqdən təbəssüm qonur,
Qoynunda ay çimir, günəş yuyunur.
Sənsən
torpağı nur, sənsən
suyu nur,
Mən nurdan yaranmış damlanam, Bakı!
Ay anam
Bakı!
Adına şeirdən dəstə
bağlaram,
Çağlayan Xəzər tək coşub çağlaram.
Dostu qucaqlaram, yadı dağlaram,
Mən sənə hər zaman həyanam, Bakı.
Ay anam
Bakı!
Yüksəldin ən şirin diləklərimlə,
Tufanları yoran biləklərimlə.
Sənin şöhrətini alın
tərimlə
Bu Yer kürəsinə yayanam, Bakı.
Ay anam
Bakı!
Qanımdan rəng alıb qızıl bayrağın,
Mənəm yaradanı bu gözəl çağın.
Mənəm göy sularda nurlu mayağın,
Sahildə möhtəşəm qayanam,
Bakı.
Ay anam
Bakı!
Qoca Şərq nur alır şəfəqlərindən,
Qırıb buxovları qalxır yerindən.
Deyir,
o qızaran üfüqlərindən.
Gərək mən al rəngə boyanam, Bakı.
Ay anam
Bakı!
Qoynunda millətlər qardaş tək yaşar,
Günbəgün dəstəmiz artar, sıxlaşar.
Əllər bir yaradar, dillər
bir coşar,
Birdir könüllərdə arzu-kam,
Bakı.
Ay anam
Bakı!
Qadın ürəyi
Necə rəhmlidir, necə amansız,
Necə mehribandır qadın ürəyi!
Sən onu sındırsan, bil ki, a qansız,
Ağlayan kamandır qadın ürəyi.
Güldürsən,
ömürlük səadətindir.
Söndürsən,
yanmağı bir də çətindir.
O, əsl
qayğının məhəbbətindir,
Sevgisiz zindandır qadın ürəyi.
Daşı da əridər, daş da olar
o,
Əriyib gözlərdə yaş da olar o.
Bahar da olar o, qış
da olar o,
Damladır,
ümmandır qadın
ürəyi.
Onunla dünyadır sənə
qəfəs də,
Onsuz heç yaşama bu torpaq üstə.
Sevən bir ürəyə axır nəfəsdə
Ən gözəl dərmandır
qadın ürəyi.
Onu alçaldan da, ucaldan da biz,
Dərd verib, vədəsiz qocaldan da biz.
Qədrini biləndə bu cahanda biz,
Həmişə cavandır qadın ürəyi.
Bəzən gül tək solar acı bir sözdən,
Ağlayar xəlvəti, gülsə
də üzdənE
Bəzən uşaq kimi bir ürəksizdən
Məhəbbət umandır qadın ürəyi.
Bir namərd əlindən zəhər içəndə,
Keçirər ömrünü o, yas içində.
Bəzən ən qiymətli libas içində,
Nalədir,
fəğandır qadın
ürəyi.
Ömrə zinət verən, səadət quran,
Kişi ürəyini nurla dolduran,
İsməti bir nəsli göyə qaldıran,
Eşqə hökmrandır qadın ürəyi.
Sənsiz əl çəkərəm
arzudan, kamdan.
Nə çıxar sevgisiz-sənsiz
ilhamdan?
İncitsən dözərəm, Tofiq Bayramdan
İncimə, amandır, qadın ürəyi!
Görüş
Biz ki,
unutmuşduq ilk məhəbbəti,
Ah, bu
qəfil görüş
kaş olmayaydı!
Mənim gözlərimdə eşqin
həsrəti,
Sənin gözlərində yaş
olmayaydı.
Sən də bəxtiyarsan, mən də bəxtiyar,
Bəs bu həsrət nədir, bu məlal nədir?
Dayanma, qoy gedim, gözləyənim
var,
Gedimmi? Bir de, o sual nədir?
Dayanma önümdə günahkar
kimi,
Mən ki, günahını bağışlamışam.
Hələ qəlbi geniş adamlar kimi,
Sənin toyunu da alqışlamışam.
Bil ki, sevgilimdən sənə salam
var,
İstəsən ərinlə qonaq gəl bizə.
Mənim ciyərparam bircə balam var,
Açar qapımızı əlbəhəl
sizə.
Peşiman olmağın nədir əlacı,
Yüz fikir bir borcu
ödəməz indi.
Mən sənə qardaşam, sən mənə bacı,
İlk eşqə tapmısan bir əvəz indi.
Yanmasın, ulduzum tez yanıb
sönsə,
Vədəsiz şadlığı istəmərəm
mən.
Özgənin eşqinə göz dikməkdənsə,
Həsrətin qoynunda can verərəm mən.
Sevin hərarətlə bir-birinizi,
Ayrılıq diləsəm, dilim lal olsun.
Qolboyun, mehriban görəndə sizi
Mənim şair könlüm qoy xoşhal olsun.
Bilirəm ev nədir,
birlik nədir mən,
Görsəm ev yıxılır,
gedib quraram.
Əl-əldən üzülsə, ürək-ürəkdən,
Sizi eşqinizə qovuşduraram.
Şirin söz eşitsəm dodağınızdan
Bilin ki, sədası ürəyimdədir.
Gəlsə körpə səsi otağınızdan,
Hər xeyir-duası ürəyimdədir.
Qoy bu ürək sözüm getməsin hədər;
Məni sevirsənsə, ismətini
sev.
Mən öz sevgilimi sevdiyim qədər
Sən də öz eşqini, qismətini sev.
Azərbaycan.-
2009.- 16 dekabr.- S. 5.