Milli Məclisin yaz sessiyası öz işinə başlayır

 

Azərbaycan Respublikasının Milli Məclisi hakimiyyətin əsas qollarından biri kimi 2008-ci ildə də qanun yaradıcılığı sahəsində çox səmərəli fəaliyyət göstərdi və ölkəmizin qanunvericilik bazasının daha da möhkəmləndirilməsi və təkmilləşdirilməsi istiqamətində böyük uğurlara nail oldu.

Ötən ilin yaz sessiyasında parlamentin 13 iclası keçirildi, 85 qanun və qərar, o cümlədən 1 Konstitusiya qanununa dəyişikliklər və əlavələr qəbul edildi. Bu dövrdə parlamentdə 22 beynəlxalq müqavilə və konvensiya ratifikasiya olundu, 36 qanuna dəyişikliklər və əlavələr edildi. Bir sıra qanun layihələrinə birinci və ikinci oxunuşlarda münasibət bildirildi.

Parlamentin növbədənkənar sessiyası dövründə isə (2 iyun - 4 iyul) Milli Məclisin 5 iclası keçirildi, 60 qanun və qərar qəbul olundu. Ötən ilin iyununda Azərbaycan parlamentinin 90 illik yubileyi də təntənəli şəkildə qeyd edildi.

2008-ci ilin payız sessiyasında parlamentin 13 iclası keçirildi, 90 qanun və qərar qəbul edildi. Payız sessiyası dövründə 2 Konstitusiya qanununa dəyişikliklər və əlavələr olundu, 30 beynəlxalq müqavilə və konvensiya təsdiqləndi. 37 qanuna isə dəyişikliklər əlavələr olundu.

Ümumiyyətlə, 2008-ci il ölkəmiz üçün əhəmiyyət kəsb edən bir sıra qanunvericilik aktlarının qəbulu ilə əlamətdardır. Bunlardan biri ölkəmizdə gedən demokratik inkişafı, ötən seçkilərin təcrübəsini, seçki hüququ sahəsində beynəlxalq standartları nəzərə alaraq mövcud seçki qanunvericiliyinin təkmilləşdirilməsi məqsədi ilə qəbul edilən "Seçki Məcəlləsinə əlavə dəyişikliklər edilməsi barədə" qanundur. "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər əlavələr edilməsi barədə" qanun isə əsas siyasi azadlıqlardan biri olan sərbəst toplaşmaq azadlığının ölkəmizdə daha yüksək səviyyədə təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir. Bu sənədlərin Milli Məclisdə qəbul olunması 2008-ci ilin oktyabrında növbəti prezident seçkilərinin şəffaf, demokratik dünya standartlarına uyğun keçirilməsi üçün hüquqi bazanı daha da təkmilləşdirdi.

Ötən il Milli Məclisdə qəbul olunmuş mühüm əhəmiyyətli sənədlərdən biri "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr dəyişikliklər edilməsinə dair ümumxalq səsverməsinin (referendumun) keçirilməsi haqqında" Qərardır. Referendum aktı barədə Konstitusiya Məhkəməsinin rəyi alındıqdan sonra Milli Məclis 26 dekabr tarixli iclasında bu layihəni 2009-cu il martın 18- ümumxalq səsverməsinə çıxarmaq barədə qərar qəbul etdi.

Azərbaycan Respublikası Milli Məclisinin 2008-ci ilin yaz, payız növbədənkənar sessiyalarının yekunları göstərdi ki, üçüncü çağırış parlament hüquqi demokratik quruculuğu prosesinin uğurla həyata keçirilməsi, ölkəmizin kompleks inkişafı istiqamətində qanunvericilik fəaliyyətini böyük yaradıcılıqla davam etdirib. Parlamentdə qəbul edilərək həyata vəsiqə alan qanunlar ölkəmizdə qanunvericilik bazasını daha da möhkəmləndirir, Prezident İlham Əliyevin dövlətimizin xalqımızın maraqları üzərində qurulan siyasi kursuna hüquqi dəstək verir.

Sabah Azərbaycan Respublikası Milli Məclisinin 2009-cu il yaz sessiyası başlayır. Sessiyanın qanunvericilik işləri planı artıq hazırdır. Planla tanışlıq göstərir ki, yaz sessiyası ərzində parlamentdə ölkə həyatının müxtəlif sahələri üçün mühüm əhəmiyyət kəsb edən qanun layihələri ətrafında müzakirələr aparılacaq.

Sessiya dövründə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin, Tikinti Məcəlləsinin, Mənzil Məcəlləsinin, Şəhərsalma Məcəlləsinin Rəqabət Məcəlləsinin layihələri, "Məişət zorakılığının qarşısının alınması haqqında", "Könüllülük fəaliyyəti haqqında", "Hərbi qulluqçuların intizam həbsi haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin digər əmlakın leqallaşdırılmasına terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", "Həbs yerlərində saxlanılan şübhəli təqsirləndirilən şəxslərin hüquqlarının azadlıqlarının təmin edilməsi haqqında", "Azərbaycan Respublikasının sülhyaratma əməliyyatlarında iştirak edən hərbi qulluqçularının hüquqlarının təmin olunması haqqında", "Xüsusi iqtisadi zonalar haqqında", "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında", "Arıçılıq haqqında", "Pambıqçılıq haqqında", "Təhsil haqqında", "Reproduktiv sağlamlığın qorunması ailə planlaşdırılması haqqında", "Bədən tərbiyəsi idman haqqında" digər qanun layihələrinin müzakirəyə çıxarılması nəzərdə tutulur. Təbii ki, qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim ediləcək qanun layihələri plana əlavə ediləcək. Sessiya dövründə bir sıra qanunlara əlavələrin dəyişikliklərin edilməsinə dair qanun layihələri müzakirə olunacaq. Qeyd edək ki, qanunvericilik işləri planında olan qanun layihələrinin bəziləri ikinci üçüncü oxunuşlarda müzakirə ediləcək.

Milli Məclisin fevralın 2- keçiriləcək iclasında öncə yaz sessiyasının qanunvericilik işlərinin planı haqqında, parlamentin İntizam Hesablayıcı komissiyalarının yenidən təşkil edilməsi haqqında, daimi komissiyaların tərkibində dəyişikliklər edilməsi haqqında Milli Məclisin qərar layihələri müzakirə ediləcək. İclasın gündəliyinə "Arıçılıq haqqında" "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında" qanun layihələri (hər ikisi ikinci oxunuş), həmçinin "Qiymətli metallar qiymətli daşlar haqqında", "İmmiqrasiya haqqında", "Dövlət rüsumu haqqında" qanunlara təklif olunan əlavə dəyişikliklərə dair məsələlər daxildir.

 

 

Rəşad Cəfərli

 

Azərbaycan.-2009.-1 fevral.-S.2.