Edvard Nalbandyanın uğursuz günü

 

Məlum olduğu kimi, bu günlərdə İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun Sammiti keçirilir. Məşhur "YouTube" videoportalı Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın, İran XİN-in başçısı Mənuçehr Mottəkinin onun erməni həmkarı, Ermənistan Prezidenti Serj Sarkisyanın əvəzinə, həm 23 dəqiqə gecikməklə gəlmiş Edvard Nalbandyanın çıxış etdikləri iclas haqqında reportaj yerləşdirmişdir.

Ermənistan nümayəndə heyətinin əvvəlcədən planlaşdırılmayan bu cür "qalaqurma" gedişi iclasın aparıcısı Bremmerin nəzərindən qaçmamışdır. Diplomatik tərzdə eyhamla vurğulamışdır ki, "o başda", "hər ehtimala qarşı" daha bir stul var. Aydındır ki, aparıcı "hər ehtimala qarşı" ifadəsini işlətməklə, Ermənistan Prezidentinin bəlkə sessiyaya gələcəyini nəzərdə tuturdu.

Hər halda, gəlməmiş "oyunçunun" əvəzinə meydana çıxmış Nalbandyan daha bir səhvə yol verərək, Yerbol Orınbayev üçün ayrılmış kresloya əyləşəndə, Prezident İlham Əliyev enerji təhlükəsizliyi barədə çıxışını artıq tamamlamaqda idi. Görünür Nalbandyanın çıxışa başlayanda özünü itirməsi əsəbiliyi azərbaycanlı natiqin çıxışını dinləyə bilməməsi ilə bağlı idi. Prezident İlham Əliyevin 25 dəqiqə 37 saniyə davam etmiş əla çıxışı fonunda ermənistanlı nazirin çıxışı çox zəif məzmunsuz təsir bağışladı. O, çıxışının əvvəlində enerji daşıyıcılarının Ermənistan ərazisindən nəql edilməsinin səmərəliliyi, regional nəqliyyat enerji layihələrinin işlənib hazırlanmasında həyata keçirilməsində bu ya digər ölkənin təcrid edilməsinin yolverilməz olması barədə çeynənmiş fikirləri söylədi. Bu sözləri eşidəndə Prezident İlham Əliyev təbəssümünü güclə gizlətdi. Erməni nazirin məzmunsuz çıxışı müddətində auditoriyadakıları yuxu basmışdı.

Aparıcı Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması perspektivləri məsələsinə toxundu. Nalbandyan Ərdoğan növbə ilə bu məsələ barədə çıxış edəndən sonra iclasın iştirakçıları Prezident Əliyevin bu məsələyə münasibət bildirməsini xahiş etdilər. Azərbaycan lideri qeyd etdi ki, onun ölkəsinin Ermənistanla heç bir münasibəti yoxdur, çünki Ermənistan Azərbaycan ərazisinin xeyli hissəsini işğal altında saxlayır. İlham Əliyev Ermənistandan tranzitin "sərfəli" olması məsələsinə qayıdaraq istehza ilə vurğuladı ki, bu marşrut yalnız xəritədə "ən qısa" görünür. Həmin yola real məkanda dayanıb bugünkü reallıqları nəzərə almaqla baxanda isə, bu, ən uzun marşrutdur. Azərbaycan Prezidenti həmin sözlərin mahiyyətini izah edərək dedi: " qədər ki, bizim ərazilər ermənilərin işğalı altındadır, heç bir əməkdaşlıq haqqında söhbət belə ola bilməz".

Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanın mövqeyi tamamilə aydındır. O dedi: "Biz heç bir fövqəltəbii şey tələb etmirik, biz yalnız Ermənistanın beynəlxalq hüquq normalarına tabe olmasını, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməsinı öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmasını tələb edirik. Yalnız bundan sonra regionda sülh bərqərar olacaq, bütün kommunikasiyalar bərpa ediləcək regiondakı ölkələrin hamısı əməkdaşlıq üçün yaranan geniş imkanlardan bəhrələnəcəkdir".

Görünür, erməni nazir etiraz etməyə söz tapmadı. Bəlkə elə buna görə o, sessiyanın axırına qədər daha bircə kəlmə danışmadı. Azərbaycan Prezidentinə isə bir daha söz verildi ki, Gürcüstanla münasibətlər barədə məlumat versin. İlham Əliyev Azərbaycanın Cənubi Qafqazdakı iki müxtəlif qonşusu ilə qarşılıqlı münasibətlərdəki təzadları vurğulayaraq, Bakı ilə Tbilisi arasında münasibətləri dostluq münasibətləri kimi səciyyələndirdi gürcü dostlara bu yaxınlarda baş vermiş silahlı böhranın nəticələrini tezliklə aradan qaldırmalarını arzu etdi.

İclasın lap axırında aparıcı maraqlı çıxışlarına görə iştirakçılara təşəkkür etdi, Nalbandyanı "prezident Sarkisyan" adlandırdı.

 

 

Vüqar Seyidov

AzərTAc-ın xüsusi müxbiri

Berlin

 

Azərbaycan.-2009.-1 fevral.-S.4.