2008-2009-cu tədris
ilində buraxılış
imtahanları mərkəzləşdirilmiş
qaydada keçiriləcək
Ölkəmizin ümumtəhsil sistemində
tətbiq olunan mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları 2008-2009-cu tədris
ilində bütün
ölkəni əhatə
edəcək.
Orta məktəblərin 11-ci sinifləri
ilə yanaşı, peşə liseylərində
də buraxılış
imtahanları yeni qayda ilə keçiriləcək. Bununla bağlı
fevral-aprel aylarında
mərkəzləşdirilmiş qaydada bir yoxlama-sınaq
imtahanının keçirilməsi
nəzərdə tutulub.
İmtahanların peşə liseylərində
ayrıca, ümumtəhsil
məktəblərində isə
bölgələr üzrə
mərhələlərlə keçirilməsi planlaşdırılır.
Ölkə üzrə 5 bölgə
- Bakı, Sumqayıt şəhərləri və
Abşeron rayonu, şimal-qərb, qərb və cənub bölgələri müəyyənləşdirilib.
İlk yoxlama imtahanı fevralın 22-də olacaq.
Peşə liseyləri üçün
29 mərkəz yaradılıb.
Onların 7-si Bakıda, 22-si isə ölkənin digər şəhər və rayonlarında yerləşir. Bölgələr üzrə sınaq imtahanlarına mart ayından
başlanacaq. Bakı və
Sumqayıt şəhərlərinin,
Abşeron rayonu məktəblərinin bu sahədə 2 illik təcrübəsinin olması
nəzərə alınaraq
ilk imtahan martın 1-də
məhz bu bölgə üzrə keçiriləcək. Sonra şimal
bölgəsinə daxil
olan rayonların ümumtəhsil məktəbləri
imtahanlara qatılacaqlar.
Azərbaycan.-2009.-1 fevral.-S.4.