Gənclər göstərilən etimadı doğrultmalı başqalarına nümunə olmalıdırlar

 

Bu fikir Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə keçirilmiş tədbirdə səslənmişdir.

Tədbirdə akademiyanın rəis müavini, polis polkovniki Qabil Zamanov Azərbaycan Gəncləri Gününün təsis edilməsini ümummilli lider Heydər Əliyevin gənclərə böyük diqqət və qayğısının ifadəsi olduğunu söyləmiş, Prezident İlham Əliyevin dövlət gənclər siyasətinin həyata keçirilməsinə dair imzaladığı sənədlərdə nəzərdə tutulan tədbirlərin əhəmiyyətini vurğulamışdır.

Gənclər İdman Nazirliyinin nümayəndəsi Tofiq Eyvazov Əzizbəyov Rayon Gənclər İdman İdarəsinin rəisi Vüqar Əliyev gənclərin qarşısında duran vəzifələrdən, dövlət tərəfindən gənclərə göstərilən diqqət qayğıdan danışmışlar.

Xüsusi vurğulanmışdır ki, gənclər göstərilən etimadı doğrultmalı başqalarına da nümunə olmalıdırlar.

Sonda fərqlənən gənc əməkdaşlara müdavimlərə fəxri fərmanlar təqdim edilmişdir.

Tədbir maraqlı konsert proqramı ilə başa çatmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-1 fevral.-S.5.