Abidələrin dili var

 

Qloballaşma prosesinin sürətləndiyi indiki dövrdə xalqımızın minilliklər boyu yaratdığı maddi mənəvi irsinin öyrənilməsi, qorunması gələcək nəsillərə çatdırılması üçün mədəniyyət siyasətinin formalaşdırılması, ümumbəşəri mədəniyyətin tərkib hissəsi kimi milli mədəniyyətimizin müxtəlif aspektlərdən araşdırılması zəruri həlli vacib olan problem kimi qarşımızda durmuşdur.

Quruluşca mürəkkəb çoxcəhətli olan mədəniyyət özündə təhsil sistemini, bütövlükdə elmi, incəsənəti, ədəbiyyatı, mifologiyanı, əxlaqı, siyasəti, hüququ, dini müxtəlif əmək fəaliyyətini birləşdirir. Tarix boyu dövrlər bir-birini əvəz etdikcə bir ictimai formasiya digəri ilə əvəz olunur. Cəmiyyətin inkişafında əsas şərt olan normalar, qaydalar, adət ənənələr, yaşayış tərzi dəyişir. İnsanların zehni maddi yaradıcılığı təkmilləşir, inkişaf edir. Lakin cəmiyyət qədər dəyişsə mədəniyyətin funksiyaları dəyişmir.

Təbiətlə təmasda olan insanın yaratdığı varsa estetik zövqün, adətlərin, əxlaqi dəyərlərin, normaların, təhlükəsiz yaşamaq üçün fəaliyyətinin predmetlərdə əksi mədəniyyət anlayışında təzahür edir. Yəni insanın istər şəxsi tələbata, istərsə ictimai dəyərlərə əsaslanan yaradıcılığı həm onun öz dövründə, həm özündən sonrakı dövrdə mədəni sərvətin bir hissəsi kimi kodlaşır. Hər bir yaradıcılıq işindən insanın yaşadığı dövrün "havası" duyulur. Predmetlərdə insanın düşüncəsi, psixologiyası, zövqü, təcrübəsi, biliyi, inancı öz əksini tapır. Hər bir tarixi memarlıq abidələrində, eksponatlarda bizə deyiləsi, çatdırılası məlumatlar var. Əgər, Səməd Vurğun demişkən "...hər saxsı parçası, hər məzar daşı tarixdən-tarixə yadigardı"sa bu yadigarlar özlərində dövrünün həyat tərzini əks etdirirsə, necə deyərlər, bizimlə səssiz danışırsa, deməli, hər bir predmet irsi daşıyıcı-kommunikatordur.

Keçmişlə müasir dövrün ünsiyyət məlumat vasitəsi kimi çıxış edən memarlıq abidələrinin öz dili var. Lakin bu dil monolijidir. Abidələrin özü, yaradıcısı, dövrünün əxlaqi, dini, elmi digər məsələlər barədə verdiyi məlumat qarşı tərəfdən heç eyni cür qavranılmır. Maddi irsin öyrənilməsində, daha doğrusu, başa düşülüb qavranılmasında müxtəliflik ola bilər. Ancaq bu danılmaz faktdır ki, memarlıq abidələri görünüşcə olduğu kimi qəbul edilir, dərk olunur. Abidələrin ölçüsü, inşa tarixi, rəngi, arxitektur quruluşu, yaradılması, məqsədi digər məsələlərlə bağlı rəylər üst-üstə düşə bilər. Lakin yaradıcısının bəzi mətləblərinin başa düşülməsi "lal daşların" dili ilə deyilməsində, semiotikanın qavranılmasında çətinliklər ortaya çıxır. Məsələn, üçün abidə burada yaradılıb, niyə bu ölçüdədir, niyə bu rəngdədir, istiqaməti, inşa üslubu, uzun ömür sürməsinin, indiyədək toxunulmazlığının, yox olmamasının səbəbi, yarandığı dövrün ictimai mənzərəsi - siyasi, dini, elmi baxışlar və sairə barədə konkret söz söyləmək, bir fikrə gəlmək olmur.

Hələ semiotikanın - yəni fikrin işarələrlə bildirilməsi forması olan yazının piktoqrafik, ideoqrafik qrafik növlərinin yaranışından çox-çox əvvəllər insanlar, özlərindən sonrakı nəsil üçün nəsə qoyub getmək, onlara görüb-bildiklərindən xəbər vermək istəmişlər. Yazının meydana çıxdığı dövrlərdə belə insanlar demək istədiklərini yaratdıqları predmetin özündə əks etdirməyə cəhd göstərmişlər. Estetik zövq, yüksək peşəkarlıq, təcrübə imkan verirdi ki, yaradıcı insan fikir ideyalarını gələcək nəslə çatdıra bilsin. Bu da insan təfəkkürünün əməyinin məhsulu olan maddi mədəniyyət nümunələrində müxtəlif forma şəkillərdə üzə çıxır. Məsələn, su qablarının materialı, bəzəyi, dəstəyi, rəngi, ölçüsü sairə min illər boyu təkmilləşmə dövrü keçmişdir. Yaxud, mühafizə qalalarında daşların ölçüsü, hündürlüyü, divarının eni, qapıları, yerləşdiyi ərazi digər cəhətləri müəyyən fikrə gəlməyə əsas verir. Bundan başqa, insanların təbiətin sirləri qarşısında aciz qaldığı dövrdən ta indiyədək "yaradan" axtarışında olması onları səcdə etməyə məcbur etmişdir. Politemizm (çoxallahlıq) zamanından bütpərəstliyə sonra təkallahlığa qədər olan dövrlərdə insanlar öz səcdələri üçün ətraf aləmin ən görkəmli yerini seçmiş, sitayiş üçün öz hücrələrini, məbəd kilsələrini, ehram məscidlərini tikmiş onu ən müqəddəs yer kimi qorumuşlar. Bir halda ki, insan təbiət qarşısında həmişə acizdir, deməli, səcdəgahlar həmişə olacaqdır. Lakin biz tikilinin milli xüsusiyyətləri, dövrünün ictimai, sosial, dini, etik mənzərələri haqqında məlumat əldə etmək üçün onlardan nəsə soruşmaq, öyrənmək istəyirik. Bunun üçünsə abidələrin dilini öyrənmək məcburiyyətindəyik.

 

 

Akif Şahverdiyev

Mədəniyyət Turizm

Nazirliyinin mədəniyyətşünaslıq üzrə EMM-in əməkdaşı

 

Azərbaycan.-2009.-1 fevral.-S.6.