Qarabağların daş yaddaşı
Naxçıvanın memarlıq inciləri sırasında Kəngərli rayonunun Qarabağlar kəndindəki memarlıq kompleksi özünəməxsus yer tutur. Kompleks iki qoşa minarədən, 16 metr hündürlükdə olan türbədən ibarətdir. Minarə ilə türbənin üst qatı kaşı naxışlarla bəzədilib. Onların arasında qalan 15-20 metr məsafədə isə sıradan çıxmış məbəd qalıqları var.
Hər dəfə Qarabağlar kəndinə yolum düşəndə bərpaçı Həbib ustanı xatırlayıram. Sanki xeyirxahlıq üçün dünyaya gəlmişdi. Maraqlı peşə sahibi idi. İyirmi ilə yaxın müddətdə dağılmaqda olan abidələrimizin ruhu ilə yaşayıb, onlara yeni nəfəs verməyə çalışıb. Bir vaxtlar yazıçı Anar da onun Naxçıvan memarlıq məktəbinin qanlarla, genlərlə keçən yaşarı ənənələrindən qidalanmasından heyrətə gəlib, haqqında xeyli xoş sözlər yazıb.
Həbib mahir sənətkar idi. Ötən əsrin 80-ci illərinin axırlarında möhtəşəm və qiymətli Qarabağlar abidələrinin bərpası da ona həvalə edilmişdi. O, burada da hördüyü muncuq-muncuq kərpiclərlə, saldığı zərif naxışlarla dahi memarların dəst-xəttini olduğu kimi təkrarlayırdı...
Dərələyəz dağ
silsiləsinin yamaclarında
maili istiqamətdə
yerləşən Qarabağlar
kəndinin qədim tarixi var. Kəndin
şimal-şərqində
Qalacıq deyilən ərazidə insanlar eramızdan əvvəl ikinci minilliyin sonu və birinci
minilliyin əvvəllərində
yaşayıblar. Elə
o dövrlərdə də böyük yaşayış məskəni
olub, 30 hektara yaxın ərazini əhatə edib. Govurqalada aparılan arxeoloji qazıntılar nəticəsində
çoxlu sayda maddi-mədəniyyət nümunələri, daş
kürzlər, tunc bəzək əşyaları,
monoxrom naxışlı
boyalı qab qırıqları, iri qaya parçalarından tikilmiş dördkünc və oval şəkilli
bina qalıqları aşkara çıxarılıb.
Hamısı da son tunc və ilk dəmir dövrünə
aid olub. Bu faktlar təsdiqləyir ki, təxminən dörd min il bundan
əvvəl bu kənd əcdadlarımızın
ilkin yaşayış
yerlərindən biri olub.
Yaşayış məskəninin adının
etimologiyası ilə
bağlı deyilənlər
də maraqlıdır. Alimlərin fikrincə,
Qarabağlar sözü
qədim türk tayfası olan kəngərlərin bir qolunun adı ilə bağlıdır.
Deyilənə görə, XVIII əsrin ortalarında Qarabağ xanı Pənahəli xan döyüşkən tayfa
kimi ad çıxarmış
kəngərlilərin bir
hissəsini Naxçıvandan
Qarabağa köçürüb.
Çox
ehtimal ki, tarixi mənbələrdə
adıçəkilən "Qarabay" tayfasının
nümayəndələri da
onların arasında olub.
Tariximizin orta əsrlər dövründə isə dağların yamaclarına
sığınan Qarabağlar
Azərbaycanın qədim
şəhərlərindən biridir.
Qarabağlar türbəsi də təkcə orta əsrlərə aid memarlıq
abidəsi olmayıb. O da çoxəsrlik dövlətçilik
ənənələrimizin yadigarlarından birinə çevrilib. 1256-1357-ci illərdə fəaliyyət
göstərən Elxanilərin
hökmdarlığı dövründə
inşa olunan abidələrdən biri olub.
Digər yerlərdən fərqli olaraq, türbə memarlıq kompleksinə aiddir. Burada qoşa minarə
və məbəd qalıqları da var. Qoşa minarənin XII əsrin sonu XIII əsrin əvvəllərində
tikildiyi ehtimal olunur. Minarələri bir-birlərinə bağlayan baştağ isə XIV əsrdə inşa olunub. Baştağın üzərində Elxanilər dövlətinin
siyasi, iqtisadi və mədəni həyatının dirçəlişində
mühüm rol oynayan Quti xatunun
şərəfinə tikilib.
Quti xatun Elxanilər sülaləsinin və dövlətinin banisi olan Hülaki xanın arvadı, elxanilərin üçüncü
hökmdarı Əhməd
Teykudarın anası olmuşdur. Şübhəsiz ki, o dövrdə
Qarabağlar hökmdarlığın
əsas ictimai-siyasi mərkəzlərindən biri
olub.
Sərdabə və yerüstü hissədən ibarət olan Qarabağlar türbəsində qülləvari
türbələrin əsas
xüsusiyyətləri əks
olunub. Abidənin 12 bucaqlı yeraltı
sərdabəsinin divarları
daşdan, günbəzləri
isə kərpicdən
hörülüb. Türbənin səthi isə qırmızı və firuzəyi kaşılı
kərpiclə örtülərək
həndəsi ornamenti
xatırladan kitabələrlə
bəzədilib. Kitabə qurşağı
isə nəsx xəttlə işlənib.
Onun memarlıqda başlıca
kompozisiya xüsusiyyəti
isə 4 baştağlı
olmasıdır. Ayrı-ayrı qütblərdə yerləşən
bu baştağlar ona dörd fasadlı
görkəm verir.
Türbənin konus şəklində olan yuxarı günbəzi və müvafiq kitabələri
dağıldığından onun tikilmə tarixini dəqiq müəyyən etmək
mümkün olmayıb. Aparılan tədqiqatlar
isə Bərdə türbəsi kimi onun XIV əsrin əvvəllərində tikildiyini
göstərir. Bu türbələr arasında
oxşarlıqlar da çoxdur. Aydın duyulur ki, o dövrdə bu ərazilər bir dövlətin tərkibində
olub.
XVIII əsrdə yaşayan məşhur türk səyyahı Övliya Çələbi "Səyahətnamə"
əsərində Qarabağları
meyvə bağları
arasında yerləşən
böyük şəhər
kimi təsvir edib. Onun sözlərinə
görə, o dövrdə
burada təxminən
50 min adam yaşayıb...
Sonrakı yüzilliklərdə baş
verən müharibələr
və daxili çəkişmələr nəticəsində
bu şəhər də tənəzzül edib. Hətta XX əsrin əvvəllərində
burada cəmi 2 min nəfər əhalinin yaşaması da tarixi sənədlərdə
əksini tapıb.
Əsrin
sonlarında isə burada yaşayan əhalinin sayı yenə də xeyli artıb. Hazırda isə o, Kəngərli rayonunun ən böyük yaşayış
məskəninə çevrilib.
Muxtar respublikada aparılan genişmiqyaslı abadlıq-quruculuq
işləri bu kəndi də öz əhatəsinə alıb. Memarlıq kompleksində konservasiya
işlərinin görülməsi
də həyata keçirilən mühüm
tədbirlərdən biridir.
Başlıcası isə rayon mərkəzi
olan Qıvraq qəsəbəsindən Qarabağlara
uzanan avtomobil yolu boyunca geniş
həcmdə yaşıllıq
zolaqları salınıb.
M.Məmmədov
Azərbaycan.-2009.-1 fevral.-S.6.