Rusiya Federasiyasının
Prezidenti zati-aliləri
cənab Dmitri Medvedevə
Hörmətli Dmitri
Anatolyeviç!
Komi Respublikasında
qocalar evində baş vermiş yanğın nəticəsində
çoxsaylı insan tələfatının olması xəbəri
məni dərindən kədərləndirdi.
Azərbaycan xalqı
adından və şəxsən öz adımdan Sizə, həlak
olanların qohumlarına və yaxınlarına, bütün
Rusiya xalqına dərin hüznlə
başsağlığı verirəm.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
2 fevral 2009-cu il
Azərbaycan.-2009.-3 fevral.-S.1.