Turizmdə fərqli xidmət
Azərbaycanlı milli
düşüncəsində yol anlayışı
böyük məzmun kəsb edir. Şifahi xalq ədəbiyyatı
nümunələrimizdə xalq qəhrəmanlarının
zaman-zaman uzun yola çıxması, mifik varlıqlara, yaxud
yağı düşmənlərə qarşı mücadilə
apararaq ülvi məqsədlərinə qovuşması ilə
bağlı saysız-hesabsız epizodlar mövcuddur. "Gəzməyə
qərib ölkə..." deyə, heybə-xurcunu çiyninə
atan ulularımız hər zaman yad elləri gəzib-dolaşmaq,
səyahətə çıxmaq, ticarət etmək arzusunda
olublar. Qədim dövrdən sivilizasiyanın müasir mərhələsinədək
yol gələn Azərbaycan insanının yol və səyahət
barədə düşüncələri qətiyyən dəyişməyib.
Mövsümdən asılı olmayaraq çoxları xarici ölkələrdə səyahətdə, turist səfərində olmağı, yaxud hansısa kurort və ya sanatoriyada səhhətini möhkəmləndirməyi ürəkdən arzulayır. Bütün sahələrdə böyük uğurlara imza atan Azərbaycanda turizmin dinamik inkişafının, bu sahədə ixtisaslaşmış şirkətlərin mövcudluğunun nəticəsi olaraq bu arzu qətiyyən əlçatmaz görünmür. Müxtəlif ölkələrə təşkil edilən turların, habelə müalicə-kurort müəssisələrinə yollayışların qiymətləri orta statistik azərbaycanlıya ildə azı bir dəfə uzaq yola çıxmaq, xarici ölkədə istirahət barədə düşünməyə imkan verir. Azərbaycandan müxtəlif xarici dövlətlərə turist səfərlərinin ildən-ilə artdığını statistik rəqəmlər də birmənalı təsdiqləyir. Təkcə 2008-ci ildə Türkiyəyə 6200, Rusiyaya 5000, Birləşmiş Ərəb Əmirliklərinə (Dubaya) 10 min turistin səfər etməsi vətəndaşların turizmə olan marağını əyani surətdə nümayiş etdirir.
Xarici ölkələrə yüksək səviyyəli turların təşkilində fərqlənən milli şirkətlərin sayının getdikcə artdığı hazırkı dövrdə xaricdə dincəlmək və ya müalicə kursu keçmək istəyən vətəndaşın xidmətlə bağlı tələbləri də əhəmiyyətli dərəcədə yüksəlib. Ödədiyi pulun müqabilində yaxşı istirahət etmək istəyənlər haqlı olaraq bu sahədə ciddi uğurlar qazanan, xidmətin keyfiyyətinə təminat verən şirkətlərə üstünlük verirlər. Turizm imkanları ilə məşhur xarici dövlətlərə əlverişli qiymətlərlə turların təşkili sahəsində uğurlu nəticələrə imza atan "Karvan" turizm şirkəti də fəaliyyətini çağdaş dövrün tələbləri səviyyəsində quraraq yüksək səviyyəli xidmətilə müştərilərinin inam və etimadını qazanmağa nail olub. 2006-cı ildən bu sahədə sistemli fəaliyyət göstərən şirkət qısa müddətdə sürətli inkişaf yolu keçərək fəaliyyətini Avropa və dünyanın qabaqcıl turizm şirkətləri səviyyəsində qurmağa, mütərəqqi yeniliklərə uyğunlaşdırmağa çalışır. Peşəkar personala, müasir informasiya-kommunikasiya sisteminə malik "Karvan" turizm şirkəti yeni dövrün çağırışlarına maksimum cavab verən modern iş üsul-vasitələrindən istifadə edərək müştərilərinin dünyanın 200-ə yaxın ölkəsində istirahət etmək, habelə kurort-sanatoriya müəssisələrində effektiv müalicə almaq istəyini dərhal gerçəkləşdirmək imkanındadır.
Şirkət fəaliyyətində hər zaman fərqlənməyə, xidmət sahəsindəki özünəməxsusluğunu, öncüllüyünü qoruyub saxlamağa çalışır. Dəqiqlik, çeviklik, müasirlik, ən başlıcası təminat "Karvan" turizm şirkətinin sağlam etimad qazanmasını təmin edən vacib meyarlar sırasında xüsusi qeyd olunmalıdır. Turizm şirkəti yüksək keyfiyyətli xidmət prinsipini rəhbər tutaraq, müştərilərinin arzu və istəklərini gerçəkləşdirməyə, səmərəli əməkdaşlıq mexanizmləri tətbiq etməyə çalışır. Şübhəsiz, peşəkar kadrlar cəlb etmədən müasir turizm xidməti sektorunda hansısa ciddi uğurlar qazanmaq mümkün deyildir. Bu reallığı düzgün qiymətləndirən şirkət rəhbərliyi xidməti personalın peşəkarlıq səviyyəsinin daim artırılmasının qayğısına qalır, əməkdaşlar vaxtaşırı müxtəlif treninq kurslarına cəlb edilir, dünyada mövcud olan mütərəqqi təcrübəni mənimsəyir.
"Karvan" turizm şirkəti tələbatdan asılı olaraq Türkiyə, Misir, Rusiya, Fransa, İtaliya, Almaniya, ABŞ, Birəşmiş Ərəb Əmirlikləri, Malayziya, Çin, Yaponiya, Avstraliya və digər dövlətlərə turlar təşkil edir. Yalnız 2008-ci ildə xarici ölkələrə 400-ədək turun təşkili şirkətin geniş imkanlarından, habelə müştərilərinin etimadını doğrultmasından xəbər verir. Şirkətin bu uğurunu təmin edən əsas amillərdən biri də onun beynəlxalq səviyyədə tanınmış və ixtisaslaşmış turizm strukturları, kurort-sanatoriyaları, habelə aviakampaniyaları ilə qarşılıqlı inama əsaslanan səmərəli əməkdaşlıq əlaqələri qurması, transmilli şirkətlərə sıx inteqrasiya etməsidir. "İATA", "Amadeus", "Qalileo", "Qabriel" kimi beynəlxalq təşkilatların üzvü olan "Karvan" turizm şirkəti dünyanın ən müxtəlif aviakampaniyalarına operativ şəkildə çıxaraq istənilən xarici ölkəyə əvvəlcədən bilet sifariş etmək imkanına malikdir. Bundan başqa, Rusiya və Türkiyənin məşhur istirahət mərkəzləri, hotelləri, sanatoriyaları ilə əməkdaşlığın nəticəsi kimi hər il yay və qış mövsümü üçün "Karvan" turizm şirkətinə 200-300 nəfərlik kvota ayrılır. Şirkətin xidmətindən bir dəfə istifadə edən müştəriyə ikinci dəfə qiymətlərdə 10 faizədək güzəşt edilir.
"Karvan" turizm şirkəti müştərilərinə bir neçə mərhələdə yüksək səviyyəli xidmət göstərməklə yanaşı onların yol boyu üzləşə biləcəyi istənilən çətinlikləri də operativ şəkildə həll etmək imkanındadır. İlkin mərhələdə xarici ölkələrdə istirahət etmək istəyən vətəndaşa viza alınması üçün texniki kömək göstərilir. Yol boyu turistlərin üzləşə biləcəyi problemlər əvvəlcədən göz önünə alınaraq onlara beynəlxalq rominq xidmətinə qoyulmuş xüsusi telefon nömrələri verilir. Şirkət hər hansı "fors-major" hallarında belə xarici ölkələrdəki etibarlı tərəfdaşlarının köməyi ilə müştərilərinə hər cür kömək göstərməyi də öz üzərinə götürür. Azərbaycandan bir çox dövlətə birbaşa təyyarə reysinin olmaması şirkət üçün ciddi problem yaratmır - tranzit, qarşılanma və hoteldə yerləşdirilmə kimi məsələlər də əvvəlcədən operativ həllini tapır. Zərurət yarandıqda turların təşkili üçün xüsusi çarter reyslərindən istifadə olunur.
Beynəlxalq əməkdaşlığını durmadan genişləndirən şirkət bir müddət əvvəl İtaliyanın "Tuscano-turizm" şirkəti ilə imzaladığı xüsusi müqavilə əsasında İtaliyanın Montepulçano, Kyançano kimi müalicəvi-termal sularla zəngin məşhur kurort şəhərlərinə, qabaqcıl sanatoriyalarına səfərlər təşkil etməyi planlaşdırır. Müqaviləyə əsasən Azərbaycandan bu kurort şəhərlərinə səyahətlər təşkil etmək hüququ eksklüziv olaraq "Karvan" turizm şirkətinə məxsusdur. Şirkət 2009-cu il martın üçüncü dekadasında İtaliyaya ilk turu təşkil etmək niyyətindədir. "Karvan" turizm şirkəti Azərbaycan vətəndaşlarına İtaliyanın termal-müalicəvi kurortlarında dincəlmək və yüksək səviyyəli müalicə kursu keçmək imkanı yaradır. Yəqin bu məqam da çoxlarında maraq doğuracaq ki, İtaliya kurortlarında müalicə almaq Rusiyanın analoji müəssisələrində müalicə almaqdan daha ucuz qiymətə başa gəlir. Üstəlik müştərilər daha yüksək səviyyəli - dörd, beşulduzlu hotellərdə yerləşdirilir, İtaliyanın görməli yerlərini gəzib-dolaşmaq, alış-veriş etmək, tarixi qəsrlərdə gecələmək imkanı qazanırlar.
İtaliya kurortlarını
bütün dünyada
məşhurlaşdıran başlıca amil buradakı müxtəlif tərkibli termal-mineral bulaqların böyük müalicəvi əhəmiyyətə
malik olmasıdır. Montepulçano və Kyançano termal sularının bu xüsusiyyəti hələ
antik dövrlərdən
qədim romalılara və digər xalqlara məlum olmuşdur. Mədə-bağırsaq, mədəaltı
vəzi, qaraciyər, öd kisəsi, böyrək və digər orqanların xəstəliklərindən əziyyət
çəkən, həzm
sisteminin funksional pozğunluğunu aradan qaldırmaq istəyən on minlərlə insan hər il bu sanatoriyalarda
şəfa taparaq evinə dönür.
Bu xüsusiyyətlərinə
görə İtaliyanın
termal kurort şəhərləri Rusiyanın
Kislovodsk, Yesentuki, Ukraynanın Truskavets kimi məşhur kurort şəhərlərini
belə üstələyir.
Üstəlik xidmətlərin
çeşidliliyi baxımından
da İtaliya kurortları daha sərfəlidir. Məsələn,
Montepulçano termal kompleksində qulaq, buruq, boğaz, bronxit, pnevmaniya, dəri xəstəlikləri
və revmatizmə qarşı müalicəvi
su və palçıq vannalarından
istifadə edilir. Burada həmçinin əsəb
sistemini sakitləşdirən
termal basseyn, şotlant duşu və s. mövcuddur.
Kyançanonun 5 növ müalicəvi-termal
suyu isə insan orqanizminin möhkəmləndirilməsi, stresin,
əsəb gərginliyinin
aradan qaldırılması,
orqanizmin psixoloji və fiziki tarazlığının qorunub
saxlanılması baxımından
əhəmiyyətlidir. Məsələn,
Santa termal suları (il boyu
+30 dərəcə) tərkibində
biokarbonatların, sulfat
və kalsiumun çoxluğu ilə seçilir. Qaraciyər xəstəliklərinin, hepatitin, mədəaltı
vəzinin müalicəsində
əvəzsiz olan bu suları səhər tezdən acqarnına içmək məsləhət görülür.
Santissima suları (il boyu
+24 dərəcə) əsasən
burun-boğaz xəstəliklərinin
müalicəsində əvəzsizdir.
Bu su mənbəyindən
rinit, laringit, xroniki bronxit kimi xəstəliklərin
müalicəsində istifadə
etmək məsləhət
görülür. İtaliyanın Fukoli, Sillene, Santelena termal sularından da müxtəlif xəstəliklərin
müalicəsində istifadə
olunur.
"Karvan" turizm şirkəti müştərilərinə
İtaliyada yaxşı
müayinə və müalicə ilə yanaşı, səyahət
imkanı da yaradır. Səhhətinə
biganə olmayanlar, habelə İtaliyanın görməli yerləri ilə
B.Mirzəyev
Azərbaycan.-2009.-3 fevral.-S.5.