Filarmoniyada Gənclər gününə həsr olunmuş tədbir keçirilmişdir

 

Gənclər və İdman Nazirliyi M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Gənclər günü münasibətilə geniş tədbir keçirmişdir.

Tədbirdə bildirilmişdir ki, Gənclər günü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin ölkəmizdə vətənpərvər, sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində xidmətləri misilsizdir. Gənclərin forumlarının keçirilməsi, dövlət gənclər siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən dövlət proqramlarının qəbul edilməsi, onların dövlət idarəçiliyində aparıcı qüvvələrdən birinə çevrilməsi məhz Heydər Əliyevin təşəbbüsü ilə reallaşmışdır.

İndi biz qürur hissi ilə deyə bilərik ki, məramı ölkəmizi inkişaf etdirmək, dövlət müstəqilliyimizi qoruyub möhkəmləndirmək olan Azərbaycan gəncliyi xoş amallarla yaşayır. Ümummilli lider Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət nəticəsində, ölkəmizin ərazi bütövlüyünün təmin olunması yolunda aparılan danışıqlar uğurla davam etdirilir. Yeni yerlərinin açılması, regionların sosial-iqtisadi inkişafı, gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində lazımi tədbirlər həyata keçirilir.

Gənclər idman naziri Azad Rəhimov demişdir ki, Gənclər günü münasibətilə respublikanın rayon şəhərlərində silsilə tədbirlər keçirilir, ayrı-ayrı sahələr üzrə yüksək nailiyyətlər qazanmış yaradıcı gənclər mükafatlandırılır. Bu günün geniş qeyd olunması artıq ənənəyə çevrilmişdir. Bu gün Azərbaycan gəncliyinin səsi dünyanın ayrı-ayrı ölkələrində keçirilən beynəlxalq tədbirlərdən, çempionatlardan, olimpiadalardan gəlir.

Nazir vurğulamışdır ki, Azərbaycan gəncləri idmançıları ölkədə gedən quruculuq işlərində yaxından iştirak edirlər. Bildiyiniz kimi, mart ayında Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr dəyişikliklər olunması ilə bağlı referendum keçiriləcəkdir. Bu referendumda fəal iştirak etmək məqsədi ilə gənclərimiz idmançılarımız bir araya gələrək "Davamlı inkişaf naminə" adlı təşviqat qrupu yaratmışlar. İnanırıq ki, bütün gənclər bu referendumda fəal iştirak edəcəklər.

Tədbirdə müxtəlif sahələrdə öz bacarıq istedadı ilə seçilən gənclərə nazirliyin ənənəvi "Gənclər mükafatı" təqdim edilmiş, ilk dəfə olaraq əməkdar artist Azərinin ifasında "Gənclər himni" səslənmiş, gənc ifaçılar geniş konsert proqramı ilə çıxış etmişlər.

Hökumət dövlət qurumlarının nümayəndələri, Milli Məclisin üzvləri, elm, mədəniyyət incəsənət xadimləri, ictimai təşkilatların təmsilçiləri mərasimdə iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-3 fevral.-S.6.