Yağsın ünvanına çiçək yağışı

 

Prezident təqaüdçüsü, xalq artisti Tariyel Qasımov yenişli-yoxuşlu sənət yolunun zirvəsində dayanaraq sanki ötənlərə boylanmaq istədi. Elə bil hər şey dünən olmuşdu. Səhnəyə çıxdığı ilk gün , ünvanına qanadlanan alqışlar da, səhnəyə yağan çiçəklər ... tez ötdü gənclik?! Şəvə saçlarına yağan bəyazlıq da çox şeydən xəbər verir. Bu xiffətin içində duyulan sevincin öz yeri var. Ömür karvanı elə beləcə şütüyüb keçməyib. Hər dayanacaqda, hər mənzil başında bir yeniliklə, uğurla, adla, mükafatla, sonsuz fərəhlə üzləşib.

Quş-qanadlı illər göz qırpımında ötsə , Tariyel Qasımov aktyor kimi işindən həyatından narazı deyil. Çünki onun sənət bioqrafiyası çox zəngindir. 70 baharlı ömrünün 50 ilini teatr kino sənətinə bağlayan müqtədir aktyor həm bacarıqlı teatr təşkilatçısı, rejissor, həm şair ruhlu yaradıcı, mehriban insan əsl vətəndaşdır. Çoxşaxəli yaradıcılıq yoluna malik olan Tariyel Qasımov bütün bunlardan öncə qürurla "mən aktyoram" söyləyir.

O, 1939-cu ildə Qazax rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olub. Halbuki uşaqlıqdan onun meyili teatra olub. Elə tələbəlikdə bu istəyi onu tez-tez mədəniyyət saraylarına, dram dərnəklərinə aparardı. O dövrdə ənənələr var idi. Teatrda tamaşalar hazırlayan rejissorlar mütləq istedad axtarışına çıxardılar. Belə bir xoş təsadüf tələbə Tariyelin taleyinə yazıldı. 1958-ci ildə Həsən Seyidbəyli onu Gənc Tamaşaçılar Teatrında hazırlanan bir tamaşada idman müəllimi rolunu oynamağa dəvət etdi. Bu, Tariyel Qasımovun taleyində dönüş nöqtəsi oldu. Məharətli oyunu, aktyorluq qabiliyyəti, özünəməxsus ifa tərzi, rejissorlarla işləmək bacarığı, dəqiqliyi, səs tempi yaddaşı diqqət çəkdi. Bu səbəbdən teatr müdiriyyətinin məktubu ilə 1960-cı ildə Tariyel Qasımov köçürmə yolu ilə Dövlət Teatr İnstitutunun dram kino aktyorluğu fakültəsinə keçirildi.

Hələ üçüncü kursda oxuyarkən H.Şeksprin "Romeo Cülyetta" əsərində yaratdığı Romeo rolu o qədər coşqun, yaddaqalan alındı ki, rejissor Tofiq Kazımov istedadlı tələbəni Akademik Dram Teatrına işə qəbul etdi. Tariyel Qasımov bu teatr məbədində yaratdığı müxtəlif tipli obrazlarla həm tamaşaçıların, həm özündən yaşlı sənət xadimlərinin çox xoşuna gəlirdi. Onun hər bir rolu müsbət mənada müzakirəyə səbəb olurdu. Korifeylər hiss edirdilər ki, onların sırasına potensial imkanı geniş olan çox istedadlı bir gənc qoşulmaqdadır. Bu səbəbdən ali məktəbi bitirən ili Tariyel Qasımovun təyinatını həmin teatra versələr , o, öz xahişi ilə Gənc Tamaşaçılar Teatrına getdi. "Professional səhnədə ilk addımı bu teatrın səhnəsində atdığım üçün mən buranı seçdim" - söyləyən Tariyel Qasımov bu kollektivdən aralı düşmədi. Müəyyən vaxtlarda ayrı-ayrı mədəniyyət ocaqlarında çalışsa da, sonda yenə özü üçün doğma sandığı bu sənət məbədinə qayıtdı.

Tariyel Qasımov keçmiş sovetlər birliyində fəaliyyət göstərən Azərbaycan sənətkarlarının o dəstəsinə mənsubdur ki, İttifaqın bütün yaradıcılıq məbədlərində diqqət çəkirdi. İlk azərbaycanlı aktyor kimi xarici ölkəyə kino çəkilişinə dəvət olunubdur. Almaniyanın "DEFA" film kinostudiyasının çəkdiyi "Sonya raport verir" iki hissəli bədii filmində mayor Andrey rolunu ifa edib. Aktyorun kino fəaliyyəti 1965-ci ildən başlayır. Azərbaycanda çəkildiyi ilk film "Liftçi qız" olub. Onun ardınca "Tacikfilm" "Özbəkfilm", "Türkmənfilm" "Mosfilm"də çoxseriyalı bədii filmlərə çəkilib. Azərbaycanlı akytorun kino həyatı demək olar, uğurlu yaddaqalandır. İstər məmləkətimizdə istehsal olunan kinolarda, istərsə xarici filmlərdə yaratdığı obrazlar bir-birindən bitkin məzmunlu alınıb. Bu fakt maraqlıdır ki, Tariyel Qasımov Özbəkistanda 7 filmə çəkilib.

Aktyorluqla bərabər Tariyel Qasımov teatr təşkilatçısı kimi uğurlu fəaliyyət göstərib. 1967-ci ilin aprel ayında İrəvanda yenidən açılan Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Dram Teatrının ilk yaradıcılarından biri kimi onun adı bu teatrın tarixinə düşmüşdü. "Sevil" pyesində Balaş rolunda səhnəyə çıxan Tariyel Qasımov sonralar Dağıstanın Dərbənd şəhərində özünün rəhbərliyi quruluş verdiyi tamaşa ilə Azərbaycan Dövlət Dram Teatrının yenidən həyata qayıtmasında böyük zəhmət çəkmişdir. Mədəniyyət Nazirliyinin göstərişi ilə o, bir müddət bu teatrda baş rejissor, direktor, bədii rəhbər vəzifələrini icra etmişdir. Onun quruluşu ilə Dərbənd şəhərində İsi Məlikzadənin "Gəl qohum olaq" tamaşası burada yaşayan soydaşlarımız tərəfindən alqışlarla qarşılanmışdır. Daim axtarışda, yaratmaq eşqində çırpınan xalq artisti teatr qurucusu kimi fəaliyyətini davam etdirərək Qazax Dövlət Dram Teatrının da həyata qayıtmasında böyük zəhmət çəkmişdir.

Uzun illər ərzində o, həmkarları ilə birlikdə müxtəlif tamaşalarda rəngarəng obrazlar yaratsa da, əslində, gənc tamaşaçıların bir nömrəli sevimli aktyoruna çevrildi. Sanki onun sənət taleyinə ancaq müsbət qəhrəmanların obrazını yaratmaq, keçirdikləri hissləri yaşamaq düşmüşdü. Aktyorun can verdiyi səhnə obrazları elə təbii, xoşagələn olurdu ki, həyatda çoxu özünü Tariyel Qasımova bənzətmək istəyirdi. Bu qəhrəmanların təsirini Tariyel Qasımov da həmişə üzərində hiss edib. "Səhnədəki rollarım həyatda sanki nəzarətçimə çevrildilər" - deyir.

Qeyd etdiyimiz kimi, sənətin müxtəlif ünvanlarına yönələn yollar sonda yenə Gənc Tamaşaçılar Teatrına qovuşub. "Mən özümü xoşbəxt sanıram ki, istər səhnədə, istərsə ekranda görkəmli sənətkarlarımızla tərəf-müqabil olmuşam, onlardan çox şey öyrənmişəm. Bu gün həmin korifeyləri minnətdarlıqla xatırlayıram. Xalq artistləri Yusif Vəliyev, Firəngiz Şərifova (indi onunla hərdən bir səhnəni paylaşıram), Hüseynağa Sadıqov, Süleyman Ələsgərov, Hökumə Qurbanova, Əli Zeynalov, Zəroş Həmzəyeva, Sidqi Ruhulla, Həsənağa Salayev, Məmmədrza Şeyxzamanov... Bu gün sanki onların səsini eşidir, təbəssümlərini görür, məsləhətlərinə qulaq asıram. Sənət məktəbi, təcrübə, canlı səhnə - bunlar tamam başqa şeylərdir. İnsan, xüsusilə , aktyor bir yerdə dayanıb qalsa, inkişaf edə bilməz. Biz daima ulduzlardan öyrənməliyik" - söyləyən Tariyel Qasımov içində sənət yanğısı olan bir insandır.

Uzun illər onunla tərəf-müqabil olmuş sənətini yüksək qiymətləndirən görkəmli teatr xadimi, xalq artisti Firəngiz Şərifova öz həmkarı barədə belə söyləyir: "Hər dəfə Tariyellə səhnəyə çıxanda yaxud onun barəsində söhbət edəndə teatrımıza ilk gəlişi yadıma düşür. Həsən Seyidbəylinin "İmtahan" tamaşasında qılınc təlimi müəllimi rolunda oynayırdı. Bu rol epizodik idi. Ancaq diqqəti cəlb edirdi. Əvvəla, Tariyel çox gözəl qılınc oynadırdı, lap idmançı kimi. Bu da təbii idi. Çünki o vaxtlar Bədən Tərbiyəsi İnstitutunda oxuyurdu. Sonra Tariyelin xarici görünüşü əsl səhnəlik idi. Bu da aktyor üçün ən vacib amillərdən biridir. Biz hamımız o vaxt ona çox diqqətlə, məhəbbətlə yanaşdıq. Tariyeldə teatra böyük maraq, həvəs hissini gördük, duyduq onun gələcəyinə inandıq. Tariyel bizim inamımızı doğrultdu".

Həm rejissorluq, həm aktyorluq fəaliyyəti ilə məşğul olan Tariyel Qasımovun obrazlar qalereyası çox genişdir. Onun oynadığı tamaşaların, ifa etdiyi rolların adlarını yazsaq, böyük bir siyahı əmələ gələr. Bir önəmli cəhət var ki, Tariyel Qasımov yaratdığı hər bir obrazı ilə tamaşaçı yaddaşında qalan, sevilən sənətkardır. Tariyel Qasımov səhnədədirsə, hamıda bir əminlik var. Finalda onun ünvanına alqış çiçək çələngləri yağacaq. Sənətkarın ən böyük mükafatı da budur ki, tamaşaçısı tərəfindən məhəbbətlə qarşılanır sevilir. Səhnədə keçən ömür üçün bundan gözəl ola bilər?! Aparıcı səhnə ustasının yaradıcılıq fəaliyyəti gənc nəsil üçün əsl məktəbdir. Bu məktəbin məzunları hələ çox olacaq. Ad günündə görkəmli sənətkara arzumuz budur ki, ünvanına səpələnən çiçək yağışının ardı kəsilməsin.

 

 

Flora Xəlilzadə

 

Azərbaycan.-2009.-3 fevral.-S.7.