Avrasiyada türk toponimləri haqqında

 

AMEA-nın Həsən Əliyev adına Goğrafiya İnstitutunun direktoru, akademik Budaq Budaqovun "Avrasiyada türk toponimləri" ("Turkic toponyms of Evrasia") adlı ingiliscə növbəti kitabı işıq üzü görmüşdür.

Əsərdə əsasən Özbəkistan, Qazaxıstan, Türkmənistan, Altay, Ural, Sibir, Ermənistan, İran, Türkiyə, Krım digər coğrafi subyektlərdə mövcud olan türk toponimləri tədqiq edilir, Azərbaycan ərazisində rast gəlinən paralelləri araşdırılır.

Kitabın "Türk xalqları" bölməsində türklərin tarixən məskunlaşdığı ərazilər və burada yaranmış toponimlər, "Coğrafiya və toponimika", eləcə də "Tarix və toponimika" bölmələrində isə bu elmlərin tarixi zaman və məkan daxilində qarşılıqlı vəhdətindən əmələ gələn coğrafi adlar haqqında müfəssəl izahat verilir. "Toponimiyanın tipləri" hissəsində oronimlər, hidronimlər, fitotoponimlər, zoonimlər, mikrotoponimlər haqqında məlumat öz əksini tapıb.

Müəllif tədqiqat əsərində Azərbaycan alimlərinin əsərləri ilə yanaşı, rus və ingilis mənbələrindən də istifadə etmişdir.

Kitabdan coğrafiyaçı, tarixçi və dilçilərlə yanaşı, digər elmi sahələrin tədqiqatçıları, eləcə də ingilisdilli geniş oxucu auditoriyası da yararlana bilərlər.

 

 

Ağahüseyn Şükürov

 

Azərbaycan.-2009.-3 fevral.-S.8.